Molla-fars rejimi yeni fon yaratmaq, mehriban qonşuluq oyunu oynamaq istəyir. Görünür rəsmi Tehran gec də olsa başa düşür ki, Azərbaycanla güc dilində danışmağın zamanı keçib. Ona görə buzların əriməsini istəyir. İran bu istəyində nə qədər səmimidir? Bunu zamanla biləcəyik. Amma molla-fars rejimi son günlər bəyanatlar verir ki, Azərbaycanla münasibətlərin normallaşmasında, Tehrandakı səfirliyin fəaliyyətinin bərpasında maraqlıdır.
Məsələ ilə bağlı yerli jurnalistlərə açıqlama verən İranın XİN rəhbəri Hüseyn Əmir Abdullahian diplomatik nümayəndəliklərin təhlükəsizliyinin təmin edilməsində məsuliyyətlərini dərk etdiklərini bildirib:
“Bu, şəxsi qisas xarakteri daşısa da, diplomatik nümayəndəliklərin təhlükəsizliyinin təmin edilməsinin məsuliyyətinin ev sahibinin üzərinə düşdüyünü qəbul edirik. Lakin, belə hadisələr heç də bir ölkənin səfirliyinin bağlanmasına səbəb ola bilməz. Ümid edirik ki, tezliklə bu işlə bağlı məhkəmə qərarı veriləcək. Məhkəmənin hökmündən və İranla Azərbaycan arasında əlaqələrin bərpasına maneə aradan qaldırıldıqdan sonra növbəti addımlar atılacaq”.
O həmçinin, Azərbaycan səfirliyinə hücum edən şəxsin ən ciddi şəkildə cəzalandırılacağını deyib.
Görəsən, İran XİN rəhbəri dediklərində nə qədər səmimidir?
Bizim.Media-ya açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu bildirir ki, İran XİN rəhbərinin açıqlaması o qədər də səmimi açıqlama deyil:
“Azərbaycan İrandakı səfirliyimizin açılmasında şübhəsiz ki, maraqlıdır. Çünki İran qonşu ölkədir. Ancaq ortada terror aktı hadisəsi var. Səfirliyimizin əməkdaşı həlak olub. Belə olan halda müxtəlif açıqlamalara baxmayaraq, terroru törədən və onu təşkil edənlər nə qədər ki, cəzalandırılmayıb, İranın səmimiyyətinə inanmaq olmaz. İran XİN rəhbərinin açıqlaması müsbət qiymətləndirilməlidir. Amma dediklərinə əməl olunsa. Yalnız ondan sonra İran XİN rəhbərinin gedişlərində səmimi olduğuna inanmaq olar”.
Hikmət Babaoğlu təəssüflə qeyd edib ki, terror hadisəsindən xeyli vaxt keçsə də, onunla bağlı İran XİN-in mövqeyi fərqli olub:
“Bəzən bu hadisəni onlar ailə zəminində baş verən münaqişə kimi dəyərləndiriblər, bəzən də hadisəni törədən terroçunun ruhi-psixoloji problemlərinin olması barədə açıqlama veriblər. İndi isə Azərbaycanın qətiyyətli mövqeyi qarşısında bu cür açıqlama verirlər. Bu o qədər də səmimi açıqlama deyil. Nə vaxt terrorçular cəzalandırılar, yalnız ondan sonra İran xarici işlər nazirinin səmimiyyətinə inanmaq olar”.
Rüfət Sultan, Bizim.Media
- A-
- A
- A+
Siyasət
11:10 / 19.08.2023
İran Azərbaycanla bağlı mövqeyini dəyişir, yoxsa manevr edir?- Abdullahiandan ikibaşlı açıqlama
Hazırda oxunan: İran Azərbaycanla bağlı mövqeyini dəyişir, yoxsa manevr edir?- Abdullahiandan ikibaşlı açıqlama
Hazırda oxunan: İran Azərbaycanla bağlı mövqeyini dəyişir, yoxsa manevr edir?- Abdullahiandan ikibaşlı açıqlama
151453
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.