İcma: "Ermənistanda türkcə danışan şəxsin hücuma məruz qalmasını və həbsini kəskin şəkildə pisləyirik"

Hazırda oxunan: İcma: "Ermənistanda türkcə danışan şəxsin hücuma məruz qalmasını və həbsini kəskin şəkildə pisləyirik"

151408

“Biz, Ermənistandan zorla qovulmuş azərbaycanlıları təmsil edən Qərbi Azərbaycan İcması, bu günlərdə Ermənistanın Karvansara (İcevan) rayonunda bir nəfərin sadəcə türkcə danışmasına görə hücuma məruz qalmasını və onun polis tərəfindən həbs olunmasını kəskin şəkildə qınayırıq”. 

Bizim.Media xəbər verir ki, bu barədə Qərbi Azərbaycan İcmasının bəyanatında bildirilib. 

Qeyd edilib ki, bu insident, Ermənistandan bütün azərbaycanlıların 1987-1991-ci illərdə zorla qovulmasının əsas səbəbi olan bu ölkənin dövlət siyasətində və cəmiyyətində dərin kök salmış irqçilik və ksenofobiyanın növbəti bir bədnam göstəricisidir. 

“Biz dünya ictimaiyyətini bu insidenti pisləməyə və Ermənistanın irqçi siyasətinə son verməsi, ölkədə tolerant mühit yaratması və qovulmuş azərbaycanlıların təhlükəsiz şəkildə və ləyaqətlə qayıtmasını təmin etməsi üçün bu ölkəyə təzyiq göstərməyə çağırırıq. 
Biz həmçinin BMT-nin İnsan hüquqları üzrə Ali Komissarını, İrçiliqin, irqçi ayrı-seçkiliyin, ksenofobiyan və əlaqədar qeyri-tolerantlığın müasir formaları üzrə BMT-nin xüsusi məruzəçisini, Human Rights Watch və Amnesty International təşkilatlarını sözügedən insidentlə məşğul olmağa və təqibə məruz qalan şəxsin hüquqlarını müdafiə etmək üçün lazımi addımları atmağa çağırırıq”, - bəyanatda deyilir. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin