Baş prokuror: “Düşmən məsuliyyətdən qaça bilməyəcək”

Hazırda oxunan: Baş prokuror: “Düşmən məsuliyyətdən qaça bilməyəcək”

1514

Azərbaycan xalqına qarşı növbəti cinayət birbaşa Ermənistanın siyasi hərbi rəhbərliyi tərəfindən törədilib.

Bizim.media xəbər verir ki, bunu Baş Prokuror Kamran Əliyev Bərdədə jurnalitlərə açıqlamasında deyib.

Baş Prokuror bildirib ki, düşmənin bu addımı Azərbaycanın döyüşdəki uğurları ilə bağlıdır: “Azərbaycan Ordusu cəbhədə irəlilədikcə, Ermənistanın siyasi rəhbərliyi tərəfindən belə terror aktları törədilir. Hazırda cinayət işi başlanıb, istintat əməliyyat qrupu işləyir. Tam məsuliyyətimlə deyirəm ki, dünyada və tarixdə belə cinayətləri törədənlər heç vaxt məsuliyyətdən qaça bilməyiblər”.

O vuğulayıb ki, cinayətin hüquqi tərəfi ilə yanaşı, mənəvi tərəfi də var:

“Ermənistan rəhbərliyinin bundan sonra hakimiyyətdə olmağa mənəvi haqqı yoxdur. Qadın, yaşlı insan, uşaq daxil olmaqla 21 nəfər qətlə yetirilib, yaralılar arasında azyaşlı uşaqlar var. Bundan sonra Paşinyanın hakimiyyətdə qallmasına heç bir mənəvi haqqı yoxdur".

Bizim.media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin