Fransa Qarabağda Qırmızı Xaçın əli ilə hansı planlar qurur? – Paşinyanın adamından SENSASİON AÇIQLAMA   

Hazırda oxunan: Fransa Qarabağda Qırmızı Xaçın əli ilə hansı planlar qurur? – Paşinyanın adamından SENSASİON AÇIQLAMA   

151375

Beynəlxalq Qırmız Xaç Komitəsi (BQXK) öz məram və məqsədindən çoxdan uzaq düşüb. Qurum artıq çoxdan siyasiləşib. Daha doğrusu siyasi və qlobal güclərin əlində bir alətə çevrilib. Əslində burda təəccüblü bir məsələ də yoxdur. Çünki, BQXK-nin büdcəsi ianələr və könüllü yardımlar hesabına formalaşır. İndiki siyasi reallıqda isə yardımlar heç də təmənnasız verilmir.

Alınan külli miqdarda yardımın arxasında isə hansısa öhdəlik dayanır. Beləcə, BQXK yardıma ehtiyacı olanın yox, yardım edənin səsini daha çox eşidir. Son 35 ildə bu qurumun hansı güclərin əlində alət olduğunu biz dəfələrlə görmüşük. Və çox təəssüf ki, qloballaşma prosesinin indiki vədəsində BQXK də öz məramından, məqsədindən daha sürətlə uzaqlaşır. Bunu görüb, dərk eləmək üçünsə çox da böyük araşdırma aparmaq lazım deyil. Elə bədnam qonşularımızın çıxışlarını izləmək kifayət edir. 
 

MÖVZU İLƏ BAĞLI:

Uzun illər BMT-nin qətnamələrini icra etməyən İrəvan indi həmin qurumdan imdad diləyir - Komitə sədri


Paşinyanın adamı BQXK-ni necə ifşa etdi? 

Ermənistanın baş naziri Nikol Paşinyanın şəxsi politoloqu Tiqran Xzmalyan özünün teleqram kanalında Fransanın Qırmızı Xaç missiyasının maliyyələşdirilməsi ilə Qarabağa təsir mexanizmindən danışıb. 

“Bu gün biz öyrəndik ki, Qırmızı Xaç Cəmiyyətinin “Artsax”dakı missiyası  Fransadan 3 milyon dollar dəyərində əlavə yardım alıb”. 

Təkcə bu açıqlama onu göstərir ki, BQXK-si şəfvaf işləyən humanitar qurum deyil. Çünki, bu quruma edilən yardım və ianələr ünvansız olmalıdır. Edilən yardım və ianələrin bölüşdürülməsi və hara yönləndirilməsi qurumun müstəsna səlahiyyətinə aid məsələdir. Amma görünən odur ki, BQXK yardımların paylanmasında müstəqil deyil. Sadəcə böyük layihələrin sıradan bir icraçısıdır. Belə olmasa idi Fransa etdiyi yardımın son ünvanını BQXK-nə göstərməzdi. 

Tiqran Xzmalyan öz çıxışında daha bir “quş buraxıb”: 

“Bu yardımları ilə Fransa yenə göstərdi ki, biz oradan getməyəcəyik(?!), erməniləri Artsaxda tək qoymayacağıq(?!)”. 

Bu isə artıq siyasi mövqedir. Deməli, Fransa höküməti yardım adı ilə Azərbaycanın suveren hüquqlarını pozur, ölkəmizin daxili işlərinə qarışır. Və öz çirkin niyyətinə çatmaq üçün BQXK-dən alət kimi istifadə edir. Bu da onu göstərir ki, BQXK  Fransa kimi dövlətlərin əlində bir maşadır. Eləcə də, çirkin siyasi oyunlara humanitar don geyindirmək üçün BQXK bəzi dövlətlər üçün ən yaxşı vasitəçidir. 

Erməni politoloq daha hansı kartları açıb? 

“Qırmızı Xaç kifayət qədər güclü oyunçudur. Neytral(?!), lakin olduqca güclü. Fransanın Qırmızı Xaç üzərindən oynaması onun gələcəkdə başqa mexanizmlər seçəcəyini deməyə əsas verir”- deyən Xzmalyanın fikirlərindən belə bir məntiq hasil olur ki, BQXK-nin Ermənistanda və Xankəndindəki fəaliyyəti birbaşa Yelisey sarayından idarə olunur. Bu da onu göstərir ki, rəsmi Paris öz çirkin oyunları üçün lazım gələndə beynəlxalq hüquqa tüpürür, onu ayaqlar altına atır.

Nəticə etibarı ilə Fransanın mövqeyi və tutduğu bədnam yol dünyada hər kəsə məlumdur. Lakin, dünyaya tərəfsizlik və siyasətdən uzaq mövqe nümayiş etdirmək istəyən BQXK-nin öz məramına və hədəflərinə xəyanət etməsi sadəcə təəssüf doğurur.  

BQXK çirkli pulların yuyulmasına əsas oyunçudur 

Bu cür faktlar onu göstərir ki, BQXK-nin maliyyə qaynaqları çox qaranlıqlara gedir.  Üstəlik, çirkli pulların yuyulmasına alət olan qurum bəzi güclərin əlində alətə çevrilib.Bunun sübutu üçün daha bir faktı yada salmaq istəyirik. Bu yaxınlarda Azərbaycan təklif etdi ki, BQXK-nin Xankəndindəki fəaliyyəti qurumun Bakı ofisindən tənzimlənsin. Bu yolda hökümətimiz öz yardımlarını da təklif etdi. Lakin Azərbaycanın bu humanist çağırışı cavabsız qaldı. Əvəzində Ermənistan BQXK adından bəyanat verdi ki, qurumun Bakı ofisinin Xankəndi ilə təmasları ancaq insanlıq cəlladı Vaqif Xaçaturyanın qeyd-şərtsiz azad olmasından sonra mümkün olar.

Maraqlıdır ki, ermənilərin bu cür həyasız bəyanatına BQXK heç bir fikir bildirmədi. Bu da onu gösrətir ki, BQXK artıq çoxdan siyasiləşib. Daha doğrusu bəzi güclərin əlində siyasi alətə çevrilib. 

Nə etməli? 

Belə vəziyyətdə Azərbaycan cəmiyyətinin və QHT-lərinin üzərinə böyük iş düşür. Vətəndaş cəmiyyəti institutları BQXK-dən hesabat tələb etməlidir. Qurumdan tələb olunmalıdır ki, Qarabağa göndərilən yardımların mənşəyi bəyan edilsin, ən əsası təşkilat öz fəaliyyətini Bakı ofisindən tənzimləsin. Əks təqdirdə bu quruma qarşı ciddi qınaq tədbirləri görülməlidir. 

Qeyd edək ki, BQXK 9 fevral 1863-cü ildə İsveçrədə yaradılıb.  BQXK beynəlxalq və daxili silahlı münaqişələrin qurbanlarını qorumaq üçün mandata sahibdir. Belə qurbanlar arasında müharibə yaralıları, əsirlər, qaçqınlar, mülki şəxslər və digər qeyri-döyüşçülər var. 

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin