BMT-dəki müzakirələr erməniləri yaxın gələcəkdə nələrə məcbur edəcək? – Rusiyalı politoloqdan MARAQLI AÇIQLAMA

Hazırda oxunan: BMT-dəki müzakirələr erməniləri yaxın gələcəkdə nələrə məcbur edəcək? – Rusiyalı politoloqdan MARAQLI AÇIQLAMA

151346

“BMT TŞ-də keçirilən müzakirələr erməni lobbisinin ümidlərini puça çıxartdı. Əksər ölkələr məsələyə yanaşmada Ermənistanın mövqeyini müdafiə etmədi. Ümumi fikir belə oldu ki,məsələnin ədalətli həlli üçün siyasi danışıqlar prosesi davam etdirilməlidir. Və təbii ki, bütün məsələlər Azərbaycanın ərazi bütövlüyü və suveren hüquqları çərçivəsində həllini tapmalıdır. Beləcə, ermənilərin “genosid”, “humanitar blokada” və digər sərsəm iddiaları dünya dövlətləri tərəfindən dəstək qazanmadı. Ən əsası ermənilərin bütün hay-küyünə və yalançı təbliğatına baxmayaraq TŞ-də heç bir sənəd qəbul olunmadı”.

Bunu Bizim.Media-ya açıqlamasında Rusiya Xəzər Strateji Araşdırmalar İnstitutunun baş direktoru İqor Korotçenko deyib.
 

MÖVZU İLƏ BAĞLI:

Uzun illər BMT-nin qətnamələrini icra etməyən İrəvan indi həmin qurumdan imdad diləyir - Komitə sədri


O bildirib ki, müzakirələrdə bir sıra dövlətlər Azərbaycanın ədalətli mövqeyini müdafiə etdi:

“Qeyd edildi ki, Ağdam-Xankəndi yolu yüklərin daşınması üçün daha münasibdir. Bu yol təkcə etnik ermənilər üçün yox, Rusiya sülhməramlıları üçün ən əlverişli tranzit xəttidir. Bu yol vasitəsi ilə təkcə ərzaq məhsullarını yox, ağır yükləri də rahatlıqla daşımaq olar. Ədalət naminə deməliyik ki, Ağdam-Xankəndi yolu bu gün üçün ən ideal marşurutdur. Nəzərə alaq ki, burada dəmir yolu da var. Bu isə əlavə üstünlükdür”.

Politoloq Laçın dəhlizinin perspektivi barədə də fikirlərini açıqlayıb: 

“O ki, qaldı Laçın dəhlizinə. Mən hesab edirəm ki, Ağdam-Xankəndi yolu istifadəyə verildikdən sonra Laçın dəhlizini bağlamaq da olar. Çünki, suveren dövlət kimi Azərbaycanın özünün gömrük-sərhəd keçid məntəqələrini müəyyən etmək səlahiyyətləri var. Ermənistanla təmaslar Ağdam-Xankəndi üzərindən qurulsa onda Qarabağa kənardan hansısa döyüş sursatının, silahın və digər qanunla qadağan olunmuş yüklərin daşınması şübhəsi aradan qalxar.

Əminliklə deyə bilərəm ki, Rusiya da Azərbaycanın ərazi bütövlüyünün təminatı baxımından bu ideyanı dəstəkləyir. Və Xankəndindəki ermənilərlə rəsmi Bakı arasında birbaşa dialoqun baş tutması üçün bütün səylərini edir.

Surxay Atakişiyev, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin