Rusiya - ABŞ gərginliyinin Qarabağa təsirı – “Ağ Ev indiyə qədər niyə susurdu?”

Hazırda oxunan: Rusiya - ABŞ gərginliyinin Qarabağa təsirı – “Ağ Ev indiyə qədər niyə susurdu?”

15134

“Baydenin məlum çıxışı Rusiyada sərt qarşılanıb. Bununla yanaşı ABŞ Rusiyaya bir sıra sanksiyalar tətbiq edib və bunu davam etdirməyi də düşünürlər. Bu da iki dövlət arasında olan gərginliyi pik həddə çatdırıb”.

Bu sözləri Bizim.Media-ya açıqlamasında millət vəkili Asim Mollazadə deyib. Onun sözlərinə görə, bu anlaşılmazlığın diplomatik yollarla həlli iki dövlət üçün daha əlverişli olar.

Bəs, bu iri, nəhəng dövlətlərin soyuq münasibətləri, digər regionlarda maraq savaşına çevrilə bilərmi? Millət vəkilinin fikrincə... 

 

MÖVZU İLƏ BAĞLI:

Rusiya ABŞ arasında artan gərginlik - Uduzan kim olacaq?


“Burada onsuz da hər iki dövlətin maraq savaşı var. Ancaq mən düşünmürəm ki, yaxın zaman ərzində ksəkin formada toqquşmalar yaşansın. Həm də hazırda pandemiya ilə mübarizə belə bir addımların reallaşmasına da mane olur.

Bundan başqa ABŞ açıq –aşkar özünə rəqib, düşmən kimi Çini elan edib. Yalnız burada başqa nüanslar da var. Rusiyanın ətraf regionlarda və Yaxın Şərqdə olan pozisiyaları ABŞ-ı onlara qarşı bu cür kəskin hərəkət etməyə məcbur edib.

Lakin buna baxmayaraq, mən düşünürəm ki, bu konfliktlər siyasi və diplomatik müstəvidə qalacaq. Bu məsələdə kəskin çxışları mümkünsüz hesab edirəm”.

Bəzi siyasi analitiklərin fikrincə isə, bu gərginlikdə Rusiyanın Qafqazda möhkəmlənən mövqeyi də öz rolunu oynayır. Bu isə ABŞ tərəfindən Qarabağda sülh danışıqlarına öz təsirini göstərə bilər. 

Asim Mollazadənin sözlərinə görə bu müdaxilə yolverilməzdir. Çünki ABŞ özü  ermənilərin Azərbaycanda törətdikləri haqsızlığı, onların beynəlxalq hüquqa zidd olan hərəkətlərini çox gözəl bilirdi.

Azərbaycan öz ərazi bütövlüyünü bərpa, sülhü bərqərar edib.  

“Əgər bu belədirsə, ABŞ Azərbaycana qarşı baş verən haqsızığa indiyə qədər niyə susurdu? Guya onlar bilmirdilər ki, Rusiyanın ən böyük hərbi bazası Ermənistanda yerləşir? Mən düşünürəm ki, bu oyunların arxasında geniş vüsət almış siyasi korrupsiya dayanır. Ümid edirəm ki, iki ölkə arasında yaranan bu gərginlik, diplomatik masada bitəcək”.

Qeyd edək ki, ABŞ və Rusiya arasında ikitərəfli qarşılıqlı əlaqələrin düzəldilməsinin yollarını müəyyənləşdirmək üçün Rusiya Vaşinqtondakı səfirini Moskvaya məsləhətləşməyə çağırıb. 

Bundan əvvəl isə Bayden çıxışı zamanı Putini qatil adlandıraraq, ABŞ-da keçirilən prezident seçkilərində Rusiyanın müdaxilə etdiyini iddia edib.

Vüsalə Balayeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin