Fransanın Laçın yolu planının İFLASI - Parisin BMT ümidləri necə puç oldu?

Hazırda oxunan: Fransanın Laçın yolu planının İFLASI - Parisin BMT ümidləri necə puç oldu?

151241

“BMT TŞ-nin iclası və Ermənistanın orada qaldırdığı məsələ nəticə etibarı ilə Ermənistan-Azərbaycan münasibətlərinə bir zərbə oldu. Çünki, bu bir daha göstərdi ki, Ermənistan bir dövlət kimi öz manipulyativ və yalana əsaslanan təbliğatına əsaslanaraq Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini şübhə altına almaq niyyətindədir. Belə olanda ümumi danışıqlarda etimadsızlığın səviyyəsi yüksəlir”. 
 

Bunu Bizim.Media-ya açıqlamasında politoloq Fərhad Məmmədov deyib.
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycanın diplomatik meydanda növbəti uğuru: Azərbaycan-Ermənistan: 2-0


O bildirib ki, Qarabağa humanitar yüklərin çatdırılması məsələsinə gəldikdə isə gördük ki, müzakirələr zamanı dövlətlər 2 yerə bölündülər:

“Birinci qrupa aid olan dövlətlər göstərdi ki, onlar həqiqətən vəziyyətdən narahatdırlar. Və onlar bütün yollardan, o cümlədən də Ağdam-Xankəndi dəhlizinin vacibliyini qeyd etdilər. Bu dövlətlər üçün əsas məsələ Xankəndindəki ermənilərin humanitar vəziyyətidir. Həmin dövlətlər üçün vacib deyil ki, hansı dəhliz daha önəmlidir. 

İkinci qrupa aid olan dövlətlərsə münaqişənin davam etməsini istəyənlərdir. Məsələn, Fransa üçün ermənilərə humanitar yüklərin çatdırılması deyil, Laçın yolu üzərində öz çirkin oyunlarını qurmaqdır. Ona görə də Fransa Laçın yolunun açılmasını əsas şərt kimi irəli sürdü.
Lakin, nəticə etibarı ilə nə bir qətnamə qəbul edildi, nə sədrlik edən ölkənin bəyanatı qəbul olundu. Sadəcə press-reliz oldu. Təbii ki, mövcud vəziyyətlə Azərbaycan qane ola bilər. Lakin, biz dayanmamalıyıq. Elə etməliyik ki, gələcəkdə bu tip müzakirələr Azərbaycanın haqq işinə əngəl olmasın”.

Surxay Atakişiyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin