Xəbər verdiyimiz kimi 2 gündür ki, Ermənistan yeni dezinformasiya kampaniyasına başlayıb. Guya Azərbaycan hərbçiləri Ermənistan ərazisində monitorinq aparan Aİ missiyasına atəş açıb.
Dezinformasiya anındaca Azərbaycan XİN tərəfindən inkar edildi və Azərbaycanın tələbi ilə Aİ məsələyə münasibət bildirdi.
Qurumun rəsmi səhifəsində ermənilərin dezinformasiyası təkzib edildi. Lakin, nədənsə ötən günün sonunda Aİ-nin rəsmi səhifəsindən bu məlumat çıxarıldı. Bu da onu göstərir ki, Ermənistanın bu cür cəfəng və məsuliyyətsiz bəyanatları bir çox hallarda Qərbin də maraqlarına cavab verir. Ona görə də belə vəziyyətdə rəsmi mövqe bildirməkdən daha çox, müşahidəçi mövqedə qalmaq Qərbin işinə daha çox yarayır.
Mövzu ilə bağlı Bizim.Media-ya danışan politoloq Tural İsmayılov bildirib ki, Aİ missiyasının atəşə tutulması ilə bağlı informasiya əlbəttəki, Ermənistanın növbəti dezinformasiyalarından biridir:
MÖVZU İLƏ BAĞLI:
Avropa İttifaqının missiyası da Ermənistanın yalanlarını ifşa etdi - FOTOFAKT
“Çünki, Azərbaycan bu gün Ermənistan ərazilərində mülki missiya adı altında fəaliyyət göstərən təxribatçı monitorinq qrupunun fəaliyyətinə heç bir zaman əngəl törətməyib.
Bu mənada heç cür ağıla batan deyil ki, Azərbaycan hansısa bir mülki missiyanı və yaxud beynəlxalq təşkilat adı altında gəlib, Ermənistanın təxribatlarına göz yuman bir təşkilata atəş açsın. Ona görə də bu növbəti dezinformasiyadan başqa bir şey deyil. Bu sadəcə olaraq Ermənistanın Azərbaycana qarşı beynəlxalq aləmdə başlatdığı növbəti bir çirkin kampaniyadır. Bu kampaniya ola biləcək sülh imkanlarını sabotaj edir, həm də bölgədə gərginliyi artırmaq məqsədi güdür. Çox təəssüf ki, Ermənistanın bu tip “şıltaqlığına” Qərb də çox zaman yaşıl işıq yandırır”.
Surxay Atakişiyev, Bizim.Media