MN: Ermənilər dezinformasiya xarakterli məlumat yaymaqla öz çirkin əməllərinə don geyindirməyə çalışırlar

Hazırda oxunan: MN: Ermənilər dezinformasiya xarakterli məlumat yaymaqla öz çirkin əməllərinə don geyindirməyə çalışırlar

151115

Azərbaycanın Müdafiə Nazirliyi (MN) Ermənistan MN-in yaydığı videomateriala münasibət bildirib. 

Bizim.Media xəbər verir ki, Azərbaycanın MN-in Mətbuat Xidmətinin rəisi polkovnik Anar Eyvazov bildirib ki, Ermənistan MN uğursuz təxribatını ört-basdır etmək məqsədilə yaydığı videomaterialda əks olunan görüntülərin, o cümlədən avtomobil texnikasının baş vermiş insidentlə heç bir əlaqəsi yoxdur. 

"Azərbaycan Ordusunun bölmələri tərəfindən saxlanılan erməni diversant hərbi qulluqçularımızın köməyi ilə dərhal UAZ- 390945 markalı avtomobil vasitəsilə yaxınlıqdakı hərbi tibb müəssisəsinə təxliyə edilib.
Qarşı tərəf bu cür dezinformasiya xarakterli məlumat yaymaqla öz çirkin əməllərinə don geyindirməyə və bununla da ictimaiyyətdə yanlış fikir formalaşdırmağa çalışır", - deyə A. Eyvazov vurğulayıb. 

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin