15 avqust 2023-cü il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov arasında telefon danışığı baş tutub.
Bu barədə Bizim.Media-ya XİN-dən məlumat verilib.
Telefon danışığı zamanı, Azərbaycan və Rusiya arasında mövcüd əməkdaşlıq gündəliyi, Azərbaycan və Ermənistan arasında normallaşma prosesi, habelə regionda cari vəziyyət müzakirə olunub.
Nazir Ceyhun Bayramov, Ermənistanın beynəlxalq hüquq normaları və prinsiplərinə zidd olaraq, Azərbaycana qarşı hərbi-siyasi təxribatlarını intensivləşdirməsinin iki ölkə arasında mövcud normallaşma prosesinə ciddi zərbə vurduğunu diqqətə çatdırıb.
Bölgədə guya “gərgin humanitar vəziyyət”, “blokada”nın mövcudluğu ilə bağlı manipulyasiyalarını davam etdirən Ermənistanın, erməni sakinlərin təlabatlarının ödənməsi üçün Laçın yolu və digər alternativ yollardan istifadə ilə bağlı məsələlərin həll olunması üçün əldə olunmuş razılaşmalara əməl etmək əvəzinə, sülh prosesinə maneəçilik törətdiyi bildirilib.
Nazir Sergey Lavrov, Azərbaycan, Rusiya və Ermənistan liderləri tərəfindən imzalanmış 10 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyanatla təsbit olunmuş öhdəliklərə sadiqliyin vacibliyini qeyd edib.
Telefon danışığı zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
*** 19:14
Azərbaycanın XİN başçısı Ceyhun Bayramovla rusiyalı həmkarı Sergey Lavrov arasında telefon danışığı olub.
Bizim.Media xəbər verir ki, bu barədə Rusiya XİN məlumat yayıb.
Məlumata görə, nazirlər beynəlxalq və regional gündəliyə dair məsələlərdən danışıb.
Tərəflər Qarabağ ətrafında vəziyyəti müzakirə edərək Bakı ilə İrəvan arasında münasibətlərin normallaşması üçün fikir mübadiləsi aparıblar. Telefon danışığı zamanı Rusiya, Azərbaycan və Ermənistan liderləri arasında üçtərəfli sazişin icrasının zəruriliyi vurğulanıb.
Bizim.Media
- A-
- A
- A+
Siyasət
20:50 / 15.08.2023
Ceyhun Bayramov: “Ermənistan razılaşmalara əməl etmək əvəzinə, sülh prosesinə maneəçilik törətdir” - YENİLƏNİB
Hazırda oxunan: Ceyhun Bayramov: “Ermənistan razılaşmalara əməl etmək əvəzinə, sülh prosesinə maneəçilik törətdir” - YENİLƏNİB
Hazırda oxunan: Ceyhun Bayramov: “Ermənistan razılaşmalara əməl etmək əvəzinə, sülh prosesinə maneəçilik törətdir” - YENİLƏNİB
150962
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.