Qanunsuz erməni silahlı dəstələrinə son şans: “Silahları təhvil verməlidirlər”

Hazırda oxunan: Qanunsuz erməni silahlı dəstələrinə son şans: “Silahları təhvil verməlidirlər”

150908

Son günlər Ermənistan və Qarabağ separatçılarının hərəkətləri bir daha göstərir ki, onlar sülh sazişinin əldə olunmasında qətiyyən maraqlı deyillər. “Caliber.Az” kanalının məlumatına görə, qanunsuz erməni silahlı dəstələrinin üzvləri Qarabağ iqtisadi rayonunun yaşayış məntəqələrinə müxtəlif artilleriya qurğuları və hərbi texnika toplayır, burada atəş mövqeləri hazırlayırlar. Bu vəziyyət isə separatçıların növbəti təxribatlara hazırlaşdıqlarının göstəricisidir. 

Bizim.Media-ya açıqlamasında hərbi ekspert Ədələt Verdiyev bildirir ki, ermənilər hərbi texnika və silah sistemlərini təyin edilən müəyyən zaman çərçivəsində Azərbaycana təhvil verməlidir.
 

MÖVZU İLƏ BAĞLI:

Qərb Cənubi Qafqazda davamlı sülhün olmasını istəmir - İqor Korotçenko


Bu baş vermədikdə isə, həmsöhbətimizə görə, Azərbaycan Ordusu həmin atəş nöqtələrini məhv etməlidir: 

“Hesab edirəm ki, rusların müvəqqəti nəzarətində olan ərazidə yerləşdirilən və birgə bəyanatda nəzərdə tutulmayan bütün silah sistemləri və hərbi texnikaların minimal müddətdə Azərbaycana təhvil verilməsi üçün zaman təyin edilməlidir. Bu müddət ərzində həmin silahlar ermənilərdən alınıb Azərbaycana təhvil verilməzsə, həmin texnika və silah sistemlərinə qarşı Azərbaycan Ordusu atəş zərbələri endirməlidir. Bir sözlə, Azərbaycan mövcud vəziyyətdə reaksiyasının sərtliliyini dərhal ortaya qoymalıdır. Bu yeganə və ən doğru çıxış yoludur. Çünki digər addım və bəyanatlar artıq effekt vermir”. 

Ekspert qeyd edir ki, qanunsuz erməni dəstələrinin Qarabağda artileriya qurğuları və hərbi texnika toplamaları onların sülh prosesində maraqlı olmadıqlarının göstəricisidir:

“Ermənistan dünən gecə 7 saat 20 dəqiqə ərzində atəşkəsi pozmaqla eskalasiya risqlərini kifayət qədər artırıb. Hazırda Azərbaycan Ermənistan şərti sərhədində vəziyyət kifayət qədər gərgindir. Toqquşma risqləri artıb. Bunlar onu göstərir ki, Ermənistan sülh sazişi istiqamətində addım atmaq niyyətində deyil. Bunu Ermənistandan göndərilən yük maşınları ilə bağlı sərhəddə yaradılan süni şou da nümayiş etdirir. Azərbaycan tərəfi Ermənistan tərəfindən törədilən bütün təxribatlara anında, daha təsirli və daha effektiv cavab zərbələrilə reaksiya verməlidir”. 

Rüfət Sultan, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin