Azərbaycanın daimi nümayəndəsi BMT TŞ-nin iclasında iştirak edəcək

Hazırda oxunan: Azərbaycanın daimi nümayəndəsi BMT TŞ-nin iclasında iştirak edəcək

150880

Azərbaycanın BMT yanında Daimi Nümayəndəsi Yaşar Əliyev BMT Təhlükəsizlik Şurasının (TŞ) avqustun 16-da Nyu-Yorkda keçiriləcək iclasında iştirak edəcək.

Bizim.Media xəbər verir ki, bu barədə “Report”a Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Ayxan Hacızadə məlumat verib.

Qeyd edək ki, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan da BMT Təhlükəsizlik Şurasının (TŞ) Qarabağdakı humanitar vəziyyətlə bağlı fövqəladə iclasına qatılacaq.

Yeri gəlmişkən, Ermənistanın müraciəti ilə Qarabağdakı humanitar vəziyyəti müzakirə etmək məqsədilə BMT Təhlükəsizlik Şurasının iclası avqustun 16-da ABŞ-da yerli vaxtla saat 15:00-da keçiriləcək.

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin