Azərbaycan etiraz etdi - İspaniyanın Rusiyadakı səfirliyi təxribatçı tviti sildi

Hazırda oxunan: Azərbaycan etiraz etdi - İspaniyanın Rusiyadakı səfirliyi təxribatçı tviti sildi

150854

Azərbaycan Xarici İşlər Nazirliyinin etirazından sonra İspaniyanın Rusiyadakı səfirliyi Azərbaycandakı separatizmi dəstəkləyən təxribat xarakterli tvitini silib. 

Xatırladaq ki, Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Ayxan Hacızadə İspaniyanın bu qeyri-konstruktiv yanaşmasını kəskin şəkildə pisləyib.

Bizim.Media xəbər verir ki, Hacızadə X (Twitter) paylaşımında yazıb:

“Bir ölkənin digər ölkələrdə separatizmi dəstəkləyərkən öz ərazisində separatizmlə necə mübarizə apardığını görmək qəribədir. Ermənistanın Azərbaycanın suveren ərazisində qurduğu qanunsuz separatçı rejimin İspaniya tərəfindən təbliğatı qəbuledilməzdir. Biz bu qeyri-konstruktiv yanaşmanı qətiyyətlə pisləyirik”.
Qeyd edək ki, İspaniyanın Rusiyadakı səfirliyi Qarabağdakı erməni separatçılarına yardım göstəriləcəyini açıqlayıb.

X (Twitter) yazısında səfirlik 250 ailəyə maddi və sosial dəstək göstərəcəyini bildirib. Üstəlik, nəşrdə Qarabağ separatçılarının qondarma “bayrağından” istifadə edilib.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin