Azərbaycan Xarici İşlər Nazirliyi İranda törədilən terror aktını pisləyib.
Bizim.Media xəbər verir ki, bu barədə XİN-in Tvitter səhifəsində bildirilib.
“İranın Şiraz şəhərində günahsız insanların həyatına son qoyan terror aktını şiddətli şəkildə qınayırıq. Azərbaycan terrorizmdən əziyyət çəkib və onun bütün formalarını və təzahürlərini pisləyir. Bu hücumun qurbanlarının ailələrinə, İran hökumətinə və xalqına başsağlığı veririk”, - qeyd olunub.
Xatırladaq ki, avqustun 13-də İranın Şiraz şəhərindəki Şahçerağ ziyarətgahına silahlı hücum olub.
Ziyarətgaha daxil olmaq istəyən şəxslərlə təhlükəsizlik qüvvələri arasında qarşıdurma olub. Nəticədə 4 təhlükəsizlik əməkdaşı öldürülüb, azı səkkiz nəfər xəsarət olub.
Bizim.Media
- A-
- A
- A+
Siyasət
14:06 / 14.08.2023
Rəsmi Bakı İranda törədilən terror aktını pislədi
Hazırda oxunan: Rəsmi Bakı İranda törədilən terror aktını pislədi
Hazırda oxunan: Rəsmi Bakı İranda törədilən terror aktını pislədi
150750
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.