Rusiya Ağdam-Xankəndi yolunun açılmasında nə qədər maraqlıdır? – Korotçenkodan ÖZƏL AÇIQLAMA

Hazırda oxunan: Rusiya Ağdam-Xankəndi yolunun açılmasında nə qədər maraqlıdır? – Korotçenkodan ÖZƏL AÇIQLAMA

150700

Rusiyanın Ağdam-Xankəndi yolunun açılmasında mövqeyi praqmatikdir. Bu tərəflərin yaxınlaşması və təmasların qurulmasında əhəmiyyətli addım ola bilər. Rusiya XİN dəfələrlə bəyan edib ki, Azərbaycanın ərazi bütövlüyünə hörmət edir.

Və Qarabağdakı ermənilərin reinteqrasiyasının Azərbaycan qanunlarına söykənməsini vacib sayır.
 

MÖVZU İLƏ BAĞLI:

“Qarabağın taleyinin müəyyənləşdiyini görən ermənilər isterikaya düşüblər” - Korotçenko 


Ona görə də biz Rusiyanın bu məsələdəki balanslaşdırılmış mövqeyini yüksək qiymətləndiririk. Bu mövqe əslində  mövcud münaqişədə qarşılıqlı razılığın əldə edilməsinə və etnik ermənilərin Qarabağ iqtisadi rayonunda gələcək illərdə rahat yaşamasına bir dəstək nümayişidir. 

Bu fikirləri Bizim.Media-ya açıqlamasında Rusiya Xəzər Strateji Araşdırmalar İnstitutunun baş direktoru İqor Korotçenko deyib.

O bildirib ki, son günlər Rusiya mətbuatı da yazır ki, Azərbaycan, Rusiya və Ermənistan XİN rəhbərlərinin 3 tərəfli görüşündə Rusiya sülhməramlılarının ehtiyacları üçün Ağdam-Xankəndi yolunun açılması barədə də  razılıq əldə edilib:

“Bu da onu göstərir ki, hadisələrin sağlam əsaslarla inkişafı üçün təşəbbüslər var. Bu ideya həm də Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması üçün önəmli addımdır.  Çünki, bu ideyanın reallaşması erməni lobbisinin Qarabağdakı ermənilərin blokadaya alınması barədə anti-Azərbaycan kompaniyasını zəiflətmiş olacaq. Eyni zamanda böyük ölçüdə erməni separatçılarının Ağdam-Xankəndi yoluna düzdükləri beton plitələrin ifşası istiqamətində mühüm hadisə olacaq”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin