Qərbi Azərbaycan İcması Belçikanın xarici işlər nazirinin “blokadanın aradan qaldırılması” ilə bağlı 2023-cü il 12 avqust tarixində səsləndirdiyi reallıqdan tamamilə uzaq, qərəzli fikirlərini qınayır və Belçikanı Ermənistanın manipulyasiya siyasətinə aldanmamağa, ölkələrin suverenliyi, ərazi bütövlüyü məsələsinə münasibətdə selektiv yanaşmadan çıxış etməməyə və Azərbaycanın daxili işlərinə müdaxilə etməməyə çağırıb.
Bu barədə İcmanın yaydığı açıqlamada bildirilib.
“Belçikanın xarici işlər nazirinə xatırladırıq ki, Azərbaycanda “Dağlıq Qarabağ” adlı bir ərazi mövcud deyildir.
Qərbi Azərbaycan İcması Belçikanın xarici işlər nazirini erməni həmkarı ilə növbəti təmaslarda, o cümlədən özünün anons etdiyi regiona gözlənilən səfəri zamanı Qərbi azərbaycanlıların Ermənistana qayıdışı məsələsini rəsmi İrəvan qarşısında qaldırmağa çağırır”, - deyə açıqlamada qeyd edilib.
Bizim.Media
- A-
- A
- A+
Siyasət
17:00 / 12.08.2023
Qərbi Azərbaycan İcması Belçikanı Azərbaycanın daxili işlərinə müdaxilə etməməyə ÇAĞIRDI
Hazırda oxunan: Qərbi Azərbaycan İcması Belçikanı Azərbaycanın daxili işlərinə müdaxilə etməməyə ÇAĞIRDI
Hazırda oxunan: Qərbi Azərbaycan İcması Belçikanı Azərbaycanın daxili işlərinə müdaxilə etməməyə ÇAĞIRDI
150533
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.