“İrəvan həmişəki kimi yeni şərtlər irəli sürür. Bakı isə iş görür və öz istəyinə addım-addım yaxınlaşır. Bunlar iki fərqli strategiyadır. Və biz görürük ki, bu fərqli strategiya Azərbaycanı nə qədər irəli aparırsa, Ermənistan daha çox geri qalır.
İndi də separatçılar özlərinə görə nə iləsə bağlı sövdələşmək üçün müxtəlif bəyanatlar səsləndirirlər. Lakin, Ermənistan, həm də Xankəndindəki ermənilər hələ də Azərbaycana heç bir şəkildə müqavimət göstərməyə qadir olmadıqları həqiqəti dərk edə bilmirlər”.
Bizim.Media xəbər verir ki, bunu Rusiya KİV-inə açıqlamasında siyasi şərhçi Aleksey Naumov deyib.
MÖVZU İLƏ BAĞLI:
“Paşinyana hücum olmasa, yaxın həftələrdə sülh müqaviləsi imzalanacaq” – EKSKLÜZİV
O bildirib ki, Azərbaycanın Ermənistana qarşı ərazi iddiası yoxdur:
“Lakin rəsmi Bakı hesab edir ki, Azərbaycan və Ermənistan münasibətlərini normallaşdırıb diplomatik əlaqələr qurandan sonra Ermənistandan zorla deportasiya edilmiş azərbaycanlıların ora qayıtmaq hüququ var. Ermənistanda nədənsə bu bəyanat ərazi iddiası kimi dəyərləndirilib”.
Aleksey Naumovun fikrincə, reallıq ondan ibarətdir ki, Ermənistan hər vasitə ilə sülh danışıqlarını uzadır:
“Bununla belə rəsmi İrəvan sülh müqaviləsinin imzalanmasını ləngitməyin getdikcə çətinləşdiyini anlayır. Çünki, Azərbaycan bir qalib ölkə kimi şərtləri diktə edir. Sülhün nə olduğu və onun necə əldə ediləcəyi ilə bağlı müxtəlif anlayışlar var.
Bakı, şübhəsiz ki, 2020-ci ildə döyüş meydanında qələbə qazandı və indi bu hərbi qələbənin nəticələrini mümkün qədər tez reallıqda möhkəmləndirmək istəyir. Azərbaycan beynəlxalq hüquq baxımından haqlıdır. Azərbaycan güc baxımından haqlı olduğunu göstərdi və indi qalır praktikanı nəzəriyyəyə uyğunlaşdırmaq”.
Surxay Atakişiyev, Bizim.Media