Sərdar Cəlaloğlu Ağdamdan səsləndi: “Sanki “Mədain xarabalıqları”na düşmüşük”

Hazırda oxunan: Sərdar Cəlaloğlu Ağdamdan səsləndi: “Sanki “Mədain xarabalıqları”na düşmüşük”

15024

“Bizim bu səfərimizin həm mənəvi cəhətdən yükü olduqca ağırdır, həm də siyasi bir mesaj olaraq çox əhəmiyyətli bir hadisədir. İqtidar və müxalifətin birlikdə belə bir səfərə çıxması dünyaya, ermənilərə, digər düşmənlərimizə və Azərbaycan cəmiyyətinə verilən ciddi bir ismarıcdır”.

Bu sözləri Bizim.Media-ya açıqlamasında Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu deyib.
 

MÖVZU İLƏ BAĞLI:

Sərdar Cəlaloğlu “O adam Azərbaycan siyasətində mənfi tendensiyaların anasıdır”– MÜSAHİBƏ - FOTO


Partiya sədri 30 ildən sonra işğaldan azad olunan torpaqlara səfəri zamanı iki hissi -  kədər və sevinci eyni anda yaşadığını vurğulayıb:

“İşğaldan azad olunan yerlərə keçən kimi hamımızın ürəyində bir ağrı var idi. Demək olar ki, hər yer dağıdılıb, minalanıb. Sanki Xəqanınin təsvir etdiyi “Mədail xarabalıqları”na düşmüşük, o hissləri keçirirəm.

Hər yer erməni separatçıları tərəfindən məhv edilib. Bütün bunlara baxmayaraq, biz həm də xüsusi qürur hissi keçiririk. Çünki bilirik ki, torpaqlarımız işğaldan azad olunub, tezliklə bütün yaralarımızı bir yerdə sarıyacağıq. Biz inanaırıq ki, bu yerlər dünyanın ən gözəl guşəsinə çevriləcək”.

Qeyd edək ki, bu gün martın 17-də Azərbaycanda qeydiyyatda olan 50-yə yaxın siyasi partiya rəhbərləri işğaldan azad olunmuş ərazilərə səfər ediblər.

Səfərdə hakimiyyət partiyası, hakimiyyətyönlü partiyalar, müxalifət partiyaları hamısı bir yerdə iştirak edirlər. 

Xatırladaq ki, səfərin təşəbbüskarı Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsidir.

Vüsalə Balayeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin