Qərbi Azərbaycan İcması: "Bir qrup caninin İrəvanda keçirdiyi aksiya təxribatdır"

Hazırda oxunan: Qərbi Azərbaycan İcması: "Bir qrup caninin İrəvanda keçirdiyi aksiya təxribatdır"

150238

Qərbi Azərbaycan İcması bəyanat yayıb.

Bizim.Media xəbər verir ki, bəyanatda deyilir:

Qərbi Azərbaycan İcması son günlər Ermənistanda özlərinə “Səlibçilər” adı vermiş bir qrup caninin İrəvanın mərkəzində “Laçın yolunu güc yolu ilə açmaq üçün silah verin” tələbi ilə aksiya keçirməsini, daha sonra həmin şəxslərin Azərbaycanın məcburi köçkünlərin yenicə qayıtmağa başladığı Laçın rayonu istiqamətində sərhəddə gələrək təxribat törətmək barədə açıqlamalarını pisləyir.

Qərbi Azərbaycan İcması hesab edir ki, keçən il revanşist Ermənistan müxalifətinin minlərlə insanın iştirakı ilə “Türksüz Ermənistan” şüarı ilə İrəvanda keçirdiyi irqçi aksiyalara beynəlxalq ictimaiyyət tərəfindən lazımi reaksiya verilsəydi, bu gün Ermənistanda bəlkə də belə əməllər təkrarlanmazdı.
Qərbi Azərbaycan İcması Ermənistan cəmiyyətində revanşistlərin keçmiş münaqişəyə dini rəng verməsini yolverilməz hesab edir və beynəlxalq ictimaiyyəti, o cümlədən BMT-ni, onun xüsusi məruzəçilərini, Avropa İttifaqını, onun Ermənistandakı Missiyasını, Laçın sərhəd-buraxılış məntəqəsi istiqamətinə tez-tez səfər edən ölkələrin səfirlərini, Avropa Şurasını, beynəlxalq qeyri-hökumət təşkilatlarını bu kimi təxribatçı, ksenofob, Azərbaycanafob əməlləri pisləməyə çağırır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin