“Ermənilər xristianlığı daşnak ideologiyasına alət edir” – Deputatdan sensasion ŞƏRH 

Hazırda oxunan: “Ermənilər xristianlığı daşnak ideologiyasına alət edir” – Deputatdan sensasion ŞƏRH 

15021

“Azərbaycanda mövcud olan xristianlıq abidələrinin, monastrların, kilsələrin heç birinin ermənilərə aidiyyatı yoxdur.

Təkcə Azərbaycanda deyil, bütövlükdə bugünkü Ermənistan adlandırılan tarixi Azərbaycan torpaqlarında mövcud olan monastr və kilsələrin heç biri erməni xalqına, onların mədəniyyətinə aid deyil. Bu abidələr Azərbaycan xalqının xristian keçmişindən bizə miras qalan dini, tarixi, mədəniyyət nümunələridir”.

Bu fikirləri Bizim.Media ilə Xocavəndin Hünərli kəndindəki kilsə barədə Prezident İlham Əliyevin söylədiklərini şərh edən millət vəkili Hikmət Babaoğlu açıqladı.
 

MÖVZU İLƏ BAĞLI:

Kilsəyə yazılan erməni adları İlham Əliyevi qəzəbləndirdi - ''Kamo, Aşa, Marta?''


Deputat ölkə başçısından sitat gətirərək dedi ki, “bu monastr kompleksinin, kilsənin ermənilərə heç bir aidiyyatı yoxdur. 
 

“Ermənilər özləri bilirlər ki, bu dini abidələr onların deyil. Bu səbəbdən də qədim xristianlıq məbədlərinə qarşı barbarlıq törədirlər.


Azərbaycan xalqı erkən orta əsrlərdən bu günə qədər ərazimizdə olan bütün xristianlıq abidələrini qoruyub. O dövrlərdə Cənubi Qafqaz və Azərbaycanda ümumən erməni yox idi. Necə olur ki, indi ermənilər özlərini dünyaya xristian dini abidələrinin qoruyucusu kimi təqdim etmək istəyirlər. Onların elə öz əməlləri öz saxtakarlıqlarını ifşa edir. 

Ermənilər Qafqaza köçürüldükdən sonra özlərinin yaratdığı dini abidələrə sahib çıxırlar, digərlərinə sahiblənməyə onların heç mənəvi haqqı da yoxdur.

Buna görə də qorumaq bir yana, həmin abidələri dağıdırlar. Onlar dini də, xristianlığı da işğalçılıq, daşnak ideologiyasına alət etmək üçün istifadə edirlər. 

Tarixçilərimizin üzərinə böyük vəzifə düşür. Azərbaycan Prezidenti dəfələrlə çağırış edib ki, tariximiz yenidən yazılmalıdır. O cümlədən, Azərbaycanın xristianlıq dövrü tarixi də yenidən hazırlanmalıdır. Doğru tarixin qələmə alınması erməni yalanlarının elmi müstəvidə ifşasının yeni mərhələsidir. 
 

Azərbaycan Prezidentinin işğaldan azad olunmuş ərazilərimizə hər bir səfəri tarixi hadisədir. Ölkə başçısı hər səfərdə olduqca vacib strateji məqamlara diqqət çəkir.


Həm Azərbaycan xalqının diqqətini mühüm məsələlərə yönəldir, həm də erməni vandalizmini bir daha dünya ictimaiyyətinin diqqətinə çatdırır.

Azərbaycan Prezidentinin Hünərlidə olan kilsə ilə bağlı səsləndirdiyi fikirlər qlobal informasiya məkanına verilən bir mesaj idi. Yəni, bundan əvvəl rus provaslav kilsəsinin (1894-cü ildə Xocavənddə tikilən) ermənilər tərəfindən necə dağıdıldığının şahidi olmuşduq, indi də alban kilsəsinin daşnak terrorunun qurbanı olduğunu gördük. 
 

Ermənilər xristianlıqdan sadəcə öz daşnaksütyun, faşist ideya və məqsədləri naminə yararlanırlar.


Onlar səmimi xristian deyillər. Düşünürəm ki, məsələnin bu kontekstdə qoyuluşu oduqca vacib və strateji idi”, - deyə millət vəkili Hikmət Babaoğlu cavabını yekunlaşdırdı.

Anar Rəhimov, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin