Hikmət Hacıyev “Forbes”də yayımlanan qərəzli məqaləyə münasibət bildirdi

Hazırda oxunan: Hikmət Hacıyev “Forbes”də yayımlanan qərəzli məqaləyə münasibət bildirdi

150156

Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Forbes”də yayımlanmış qərəzli məqaləyə münasibət bildirib.

Bizim.Media xəbər verir ki, bu barədə o, Tvitter-də yazıb.

Hikmət Hacıyev paylaşımında Euelina Oçabın müəllifi olduğu məqalənin reallığı təhrif etdiyini, birtərəfli olduğunu və Ermənistanın təbliğat maşını tərəfindən istifadə edildiyini qeyd edib.

“Euelina Oçab, sizin “Forbes”dəki məqaləniz reallığı təhrif edir, birtərəflidir və Ermənistanın təbliğat/dezinformasiya maşını tərəfindən istifadə edilir.

Bir insan haqları vəkili olaraq siz heç vaxt Ermənistan tərəfindən etnik təmizləməyə məruz qalmış milyondan çox azərbaycanlının hüquqları və ağır vəziyyətinə dair məsələ qaldırmamısınız. Azərbaycan Ermənistan tərəfindən dağıdıcı 30 illik hərbi işğaldan əziyyət çəkib. Ermənistanın yerləşdirdiyi milyonlarla minaların nəticəsində gündəlik olaraq azərbaycanlı mülki şəxslər mina terrorunun qurbanına çevrilirlər.

Laçın yolu Ermənistan tərəfindən minaların qanunsuz daşınması üçün istifadə edilib”, - Prezidentin köməkçisi vurğulayıb.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin