Qarabağın erməni sakinlərinin Beynəlxalq Qızıl Xan Komitəsinin (BQXK) vasitəçiliyi ilə Laçın sərhəd-buraxılış məntəqəsindən növbəti sərbəst keçidi təmin edilib. 
Bizim.Media xəbər verir ki, bu barədə sosial şəbəkələrdə video görüntülər yayılıb. 
Görüntülərə əsasən qrup erməni sakin BQXK əməkdaşlarının müşayiəti ilə Laçın sərhəd-buraxılış məntəqəsindən keçərək, Ermənistandan Xankəndi istiqamətində hərəkət edib. 
Həmçinin BQXK-nın avtomobillərində dərmanlar, tibbi ləvazimatlar və digər zəruri malların keçidi üçün də şərait yaradılıb. 
Bizim.Media


























































































