Qarabağ erməniləri ilə təmaslarla bağlı ABŞ Dövlət Departamentindən EKSKLÜZİV AÇIQLAMA

Hazırda oxunan: Qarabağ erməniləri ilə təmaslarla bağlı ABŞ Dövlət Departamentindən EKSKLÜZİV AÇIQLAMA

149577

Xəbər verdiyimiz kimi, Yevlax şəhərində Azərbaycan nümayəndələri ilə Qarabağ bölgəsindəki ermənilərin nümayəndələri arasında görüşün təşkili üzərində iş aparılır.  
Görüşün vaxtı hələlik məlum olmasa da, müzakirələr xarici dövlətlərin nümayəndələrinin iştirakı olmadan baş tutacaq.

Mövzu ilə bağlı ABŞ Dövlət Departamenti Bizim.Media-nın sorğusunu cavablandırıb.

Dövlət Departamentindən bildirilib ki, ABŞ Cənubi Qafqaz əhalisinə sülh və sabitlik gətirəcək istənilən prosesə kömək etməyə hazırdır.

ABŞ Dövlət Departamenti regionda sülhün Qarabağda yaşayan erməni əhalinin hüquq və təhlükəsizliyini əhatə etməli olduğunu hər zaman ifadə etdiklərini qeyd edib:

"Biz bu əməkdaşlığı alqışlayırıq. Ümid edirik ki, tərəflər faydalı kommunikasiya kanalları qurmağı və əlaqələri davam etdirə bilərlər".

Departament əlavə edib ki, hazırda ABŞ-ın ev sahibliyi ilə keçiriləcək görüşlərlə bağlı elan ediləcək yenilik yoxdur.

Tehran Orucoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin