Siyasi partiyaların maliyyə hesabatının qaydası TƏSDİQ edilib

Hazırda oxunan: Siyasi partiyaların maliyyə hesabatının qaydası TƏSDİQ edilib

149559

Siyasi partiyanın maliyyə hesabatının forması, məzmunu və təqdim edilməsi qaydası təsdiq edilib. 

Bizim.Media xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb. Bu qayda siyasi partiyanın maliyyə hesabatının forması, məzmunu və təqdim edilməsi ilə əlaqədar hüquqi və təşkilati məsələləri tənzimləyir.

Siyasi partiya maliyyə hesabatını “Mühasibat uçotu haqqında” qanuna və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 30 avqust tarixli 238 nömrəli Qərarı ilə təsdiq edilmiş “Siyasi partiyalarda mühasibat uçotunun aparılması Qaydaları”na uyğun tərtib edir.
Bu Qaydada istifadə olunan anlayışlar Azərbaycan Respublikasının Mülki Məcəlləsində, “Siyasi partiyalar haqqında” və “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının qanunlarında, eləcə də Azərbaycan Respublikasının digər normativ hüquqi aktlarında nəzərdə tutulmuş mənaları ifadə edir.

Siyasi partiyanın maliyyə hesabatının tərkibi aşağıdakılardan ibarətdir:

Maliyyə vəziyyəti haqqında hesabat (1 nömrəli əlavə); maliyyə-təsərrüfat fəaliyyətinin nəticələri haqqında hesabat (2 nömrəli əlavə); əhəmiyyətli uçot siyasəti və izahlı qeydlər.

Yuxarıda nəzərdə tutulan hesabatların forması bu Qaydaya 1 və 2 nömrəli əlavələrlə müəyyən edilir.

Bu Qərar 2023-cü il və növbəti illər üzrə tərtib edilən maliyyə hesabatlarına şamil edilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin