“Qarabağdakı ermənilərin müalicə üçün Ermənistana getməsi anormaldır” - Fərhad Məmmədov

Hazırda oxunan: “Qarabağdakı ermənilərin müalicə üçün Ermənistana getməsi anormaldır” - Fərhad Məmmədov

149421

“Ərazi bütövlüyü prinsipləri çərçivəsində BQXK-nin Xankəndindəki ofisi ən azı Bakı ofisinə tabe edilməlidir. Və müəyyən kommunikasiyalar bizim ərazimizdəki marşrutlar vasitəsilə həyata keçirilməlidir”.

Bu fikirləri Bizim.Media-ya açıqlamasında Cənubi qafqaz Araşdırmalar Mərkəzinin rəhbəri Fərhad Məmmədov səsləndirib. 
 

MÖVZU İLƏ BAĞLI:

Separatçılar Qarabağda yenə silah daşıyır – VİDEO   


O, qeyd edib ki, Beynəlxalq Qırmızı Xaç Komitəsinin Xankəndi nümayəndəliyinin İrəvan ofisinə tabe olması uzun müddət davam edə bilməz:

“Təəssüf ki, bu sahədə anormal vəziyyət var. Belə ki, Qarabağdakı ermənilər müalicə almaq üçün Ermənistana gedirlər. Bu mənada Ermənistanla olan bu kommunikasiya anlaşılandır. Bu belə davam edə bilməz. Tabeçilik tam olaraq Azərbaycan tərəfində olmalıdır. Və Azərbaycanın iştirakı ilə bu kommunikasiya həyata keçirilməlidir”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin