Səudiyyə Ərəbistanının Ermənistanla bağlı mövqeyini yüksək qiymətləndiririk - Hikmət Hacıyev

Hazırda oxunan: Səudiyyə Ərəbistanının Ermənistanla bağlı mövqeyini yüksək qiymətləndiririk - Hikmət Hacıyev

149158

“Xalqımız qardaş ölkə olan Səudiyyə Ərəbistanının Ermənistanla bağlı mövqeyini (Rəsmi İrəvanın Azərbaycana qarşı hərbi təcavüzünü pisləyib) yüksək qiymətləndirir". 

Bizim.Media xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Asharq Al-Awsat" nəşrinə müsahibəsində deyib.

Prezidentin köməkçisinin sözlərinə görə, Azərbaycan Səudiyyə Ərəbistanına raket və pilotsuz təyyarələrlə hücumları qeyd-şərtsiz pisləyir, bunları qəbuledilməz hesab edir.

O, qeyd edib ki, Bakı ilə Ər-Riyad arasında münasibətlər yüksələn xətlə gedir:

"Turizm bizim üçün vacib sektorlardan biridir. Azərbaycan və Krallıq arasında birbaşa uçuşların sayı artır. Statistikaya görə, 2022-ci ildə Azərbaycana 100 minə yaxın Səudiyyə Ərəbistanı vətəndaşı səfər edib.

Biz əlaqələrdə daha da irəliləyiş gözləyirik, Səudiyyə Ərəbistanı ilə iqtisadi-ticarət sektorunda əməkdaşlığı inkişaf etdirməyə, kənd təsərrüfatı və ərzaq təhlükəsizliyi kimi sahələrdə investisiyaların və əlaqələrin artmasına çalışırıq.

Ümumiyyətlə, iki ölkə arasındakı münasibətlər dostluq, qardaşlıq və tərəfdaşlıq xarakteri daşıyır".

Prezidentin köməkçisi Azərbaycanın işğaldan azad edilmiş torpaqlarının bərpası layihələrində Səudiyyə şirkətlərinin aktiv iştirakını yüksək qiymətləndirib.

Xarici siyasət idarəsinin rəhbəri, Azərbaycanın OPEK-ə daxil olma ehtimalını şərh edərkən qeyd edib ki, ölkə artıq OPEC+ üzvüdür, bu təşkilat çərçivəsində Səudiyyə Ərəbistanı ilə əməkdaşlıq edir və dünyada neftin qiymətinin sabitliyinə töhfə verməyə çalışır.

İranla münasibətlərlə bağlı sualı cavablandıran Hikmət Hacıyev qeyd edib ki, İran Azərbaycanla qonşudur:

"Ölkəmiz qonşuları ilə ərazi bütövlüyünə, suverenliyinə qarşılıqlı hörmət və daxili işlərə qarışmamaq prinsiplərinə əsaslanan münasibətləri saxlayır".

Onun sözlərinə görə, bu yaxınlarda Azərbaycanın İrandakı səfirliyinə hücum və səfirlik əməkdaşının öldürülməsi münasibətlərimizdə gərginliyə səbəb olub. Bu gərginliyin aradan qaldırılması üçün xarici işlər nazirləri səviyyəsində dialoq davam edir.

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin