“Əslində atəşkəs sazişinin, yəni 2020-ci il 10 noyabr tarixli Bəyannamənin vasitəçisi nə Birləşmiş Ştatlar, nə də Avropa İttifaqı deyil. Rusiya olub”.
Bizim.Media xəbər verir ki, bunu Prezident İlham Əliyev “Euronews” kanalına müsahibəsində Rusiyanın və Qərbin vasitçiliyinə dair suala cavabında deyib.
MÖVZU İLƏ BAĞLI:
İlham Əliyev "Euronews" telekanalına MÜSAHİBƏ VERİB - VİDEO
Dövlət başçısı bildirib ki, Ermənistanın Baş naziri ilə ilk görüşlərim Rusiya tərəfindən Rusiyada təşkil olunmuşdu:
“Rusiya – Ukrayna müharibəsindən sonra vəziyyət dəyişdi və biz gördük ki, Birləşmiş Ştatlar və Avropa daha fəal oldular. Əslində, prosesin kimin tərəfdən aparılacağı və ya prosesi kimin müəyyən dərəcədə inhisara götürəcəyi bizim üçün böyük fərq etmir. Vacib olanı nəticəyə gəlməkdir”.
Dövlət başçısı bildirib ki, ümumilikdə region haqqında demək çətindir, çünki Cənubi Qafqaz bölgəsi üç ölkədən ibarətdir:
“Biz Rusiyanın Cənubi Qafqazdakı qonşularımızla qarşılıqlı əlaqələrini sadəcə müşahidə edə bilərik. Azərbaycana gəldikdə isə, elə də ciddi dəyişiklik yoxdur. Çünki bizim Rusiya ilə münasibətlərimiz artıq tarazlaşdırılıb. Onlar bir-birimizin milli maraqlarının və əlbəttə ki, ərazi bütövlüyünün və suverenliyin tanınmasına əsaslanır”.
Bizim.Media