XİN: İƏT Xarici İşlər Nazirləri Şurasının növbədənkənar iclası olub

Hazırda oxunan: XİN: İƏT Xarici İşlər Nazirləri Şurasının növbədənkənar iclası olub

149049

İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Xarici İşlər Nazirləri Şurasının virtual formatda növbədənkənar iclası keçirilib.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən Bizim.Media-ya bildirilib ki, bir sıra ölkələrdə “Qurani-Kərim”in təhqir olunması və yandırılması halları ilə əlaqədar keçirilən tədbirdə ölkəmizi Azərbaycan Respublikasının xarici işlər nazirinin müavini Fariz Rzayev təmsil edib. 

Nazir müavini tədbirdə çıxış edərək xarici ölkələrdə müqəddəs Quranın yandırılması və təhqir olunması hallarına yol verildiyini, bunun ifadə azadlığı adı altında təqdim olunması kimi məsuliyyətsiz hərəkətlərin qəbuledilməz olduğunu vurğulayıb, müvafiq dövlət qurumlarını islamofobiya ilə mübarizə aparmağa çağırış edib. 

Bundan əlavə, F.Rzayev çıxışında Azərbaycanın müstəqilliyinin ilk günlərindən islamofobiyanın qurbanına çevrildiyini və ərazilərimizin 20 faizinin Ermənistan tərəfindən işğalı zamanı erməni qüvvələrinin çoxlu sayda məscidləri, mədrəsələri və İslam irsinin simvollarını dağıtdığı faktlarını diqqətə çatdırıb.
Buna baxmayaraq, Azərbaycanın nifrət və zorakılıq əvəzinə multikulturalizm və tolerantlıq dəyərlərini təşviq etdiyi, bununla bağlı, Azərbaycanın mədəniyyətlərarası və dinlərarası platforma kimi bir sıra yüksək səviyyəli tədbirlərə mütəmadi əsasda ev sahibliyi etdiyi qeyd olunub. 

Növbədənkənar iclasın sonunda məsələyə dair müvafiq qətnamə qəbul edilib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin