“Laçın yolunda hərəkət azadlığı bloklanmayıb. Aprelin 23-dən sərhəd keçid məntəqəsi qurulan vaxtdan etibarən Qarabağın 2 mindən artıq sakini Ermənistana asan şəkildə gedib gəlib”.
Bizim.Media xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Euronews” kanalına müsahibəsində Laçın yolu ilə bağlı sualı cavablandırarkən bildirib.
MÖVZU İLƏ BAĞLI:
İlham Əliyev "Euronews" telekanalına MÜSAHİBƏ VERİB - VİDEO
Azərbaycan Prezidenti əlavə edib ki, Qırmızı Xaç Komitəsi dava-dərmanın nəqlini və Ermənistanda müalicəyə ehtiyacı olan xəstələrin təxliyəsini bərpa edib:
“Lakin əfsuslar olsun ki, Qırmızı Xaç Komitəsinin yük maşınlarının yoxlanılması zamanı siqaret, iPhone-lar və benzin kimi məhsulların qaçaqmalçılıqla keçirilməsi aşkar olundu”.
Bizim.Media