Kilsəyə yazılan erməni adları İlham Əliyevi qəzəbləndirdi - ''Kamo, Aşa, Marta?''

Hazırda oxunan: Kilsəyə yazılan erməni adları İlham Əliyevi qəzəbləndirdi - ''Kamo, Aşa, Marta?''

14895

''Bura qədim Alban məbədidir, Alban kilsəsidir, Hünərli kəndində yerləşir. Ermənilər bu kilsəni də erməniləşdirmək istəmişlər və burada erməni dilində yazılar yazmışlar, ancaq buna nail ola bilməmişlər. İndi əgər bu, erməni kilsəsi olsaydı, bunu belə vəziyyətdə qoyardılarmı?''

Bizim.Media xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dünən Hünərlidə olarkən belə deyib.
 

MÖVZU İLƏ BAĞLI:

''Keçmiş Martuni rayonunun 50 faizini azad etmişik'' - İlham Əliyev

 
''Tövləyə oxşayır, elə bil ki, tövlədir, zibilxanadır. Bu, bizim qədim tarixi abidəmizdir, udi qardaşlarımızın məbədidir.

Onlar buraya da gələcəklər. Ermənilər necə ki, bizim məscidlərimizi təhqir ediblər, qədim Alban məbədini də təhqir etmişlər. Amma biz bərpa edəcəyik. Bütün bu yazılar saxta yazılardır, sonradan yazılmış yazılardır''- deyə dövlət başçısı qeyd edib.

Prezident bildirib ki, ermənilər qədim Azərbaycan torpaqlarında özləri üçün saxta tarix yaradıblar.

''
Baxın, buraya baxın, erməni kilsəsi olsaydı, bunları yazardılar? Yazardılar bunları? “Kamo”, “Artur”, nə bilim, “Marta”. Öz kilsələrini belə təhqir edərdilər? Bax, bu daşların hamısı saxtadır. Bu, erməni saxtakarlığıdır. İçəridə də, gəlin buraya, əgər bu, erməni kilsəsi olsaydı, bunu yazardı – “İqor”, “Aşa”? Uçub dağılıb, qapını da yandırıblar''.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin