“Mərkəzi Bank haqqında” qanun DƏYİŞDİ 

Hazırda oxunan: “Mərkəzi Bank haqqında” qanun DƏYİŞDİ 

148756

Prezident İlham Əliyev “Mərkəzi Bank haqqında” qanunda dəyişiklik edilməsi barədə 6 iyul 2023-cü il tarixli qanunun tətbiqi barədə fərman imzalayıb. 

Bizim.Media xəbər verir ki, fərmanla quruma tövsiyyə edilib ki, aşağıdakı normativ xarakterli aktları 6 ay müddətində təsdiq edib dövlət başçısına məlumat versin: 

- Kredit təşkilatlarında və qanuna müvafiq olaraq ödəniş xidmətlərini həyata keçirən şəxslərdə kassa əməliyyatlarının aparılması qaydaları, habelə həmin təşkilatlar tərəfindən istifadə olunan nağd pul avadanlıqlarına dair minimum tələblər; 
- İnvestisiya pul nişanlarının satışı qaydası; 

- Pul nişanlarının reproduksiyası qaydası; 

- Ödəniş xidmətləri təchizatçıları tərəfindən ödəniş əməliyyatlarının aparılması və onlar arasında hesablaşmaların həyata keçirilməsi qaydaları, həmçinin ödəniş alətlərinə dair tələblər; 

- Maliyyə xidmətlərinin (məhsullarının) test məqsədli alışı qaydası; 

- Xüsusi tənzimləmə rejiminin tətbiqi qaydası; 

- Lisenziya və icazələrin verilməsi üçün təqdim olunan sənədlərin forması və məzmunu; 

- Yoxlama haqqında hesabatın tərtib edilməsi qaydası, habelə forması və məzmunu. 

Bundan başqa, Mərkəzi Bank yenilənmiş qanundan irəli gələn digər məsələlərin həlli üçün zəruri tədbirlər görməlidir. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin