Karvana hürə bilmədilər, cəllad üçün ulamağa BAŞLADILAR – Xaçatryanın həbsi kimi NARAHAT EDİR?

Hazırda oxunan: Karvana hürə bilmədilər, cəllad üçün ulamağa BAŞLADILAR – Xaçatryanın həbsi kimi NARAHAT EDİR?

148742

Qatı cinayətkar, yüzlərlə azərbaycanlının qanına əli bulaşmış Vaqif Xaçatryanın həbsi ölkəmizdə nə qədər təqdir edilsə də, bəzi bədnam xarici qüvvələr bundan Azərbaycana qarşı təzyiq vasitəsi kimi istifadə etmək istəyir.

Əslində, ötən həftə “humanitar karvan” layihəsi iflasa uğradıqdan sonra insanlığın cəlladı olan Xaçatryanın həbsi ermənilər və onların xarici havadarları üçün yeni bir fürsət oldu. Çünki, “humanitar karvan” layihəsi istənilən effekti vermədi.
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycanlı əsir danışır: “Vaqif Xaçatryan başımızı əzirdi” - ARXİV VİDEO


Halbuki, Ermənistan  və bəzi Qərb dövlətləri bu layihəni siyasi təzyiq vasitəsinə çevirməklə Azərbaycanı küncə sıxışdırmaq, rəsmi Bakının uğurlu və çevik diplomatiyasını durdurmaq istəyirdi.

Lakin Azərbaycanın qətiyyəti və beynəlxalq hüquqa söykənən davranışları məkrli qüvvələri mat vəziyyətində qoydu. Təsadüfi deyil ki, “humanitar karvan”dan əvvəl Laçın sərhəd-keçid məntəqəsdinə gələn avropalı “diplomatlar” burda silahlı insidentinin baş verəcəyini proqnozlaşdırırdılar. Lakin, Azərbaycan tərəfinin sülhsevər, səbrli davranışı ermənilərin və Qərbin niyyətinin hasil olmasına imkan vermədi. 

Ermənilər və onların havadarları nəyin marağındadır?

“Humanitar karvan” layihəsinin iflasa uğramasının əzabları altında çabalayan bədnam qüvvələr üçün əslində Vaqif Xaçatryanın həbs edilməsi əsl qurtuluş idi. Çünki, “humanitar böhran” layihəsi bəsit olduğu qədər də perspektivsiz idi.

Azərbaycanın dəmir məntiqi və beynəlxalq hüquqa söykənən addımları qarşısında “humanitar böhran” elə ilk mərhələdəcə uğursuzluğa düçar oldu. 

İndi də ermənilər və Qərbin bəzi dairələri insanlıq cəlladını şouya çevirməklə ötən həftəki uğursuzluqlarını unutdurmaq istəyirlər. Ona görə də Xaçatryanın həbsi bədnam qüvvələr üçün “humanitar böhran” layihəsini unutdurmaq üçün bir fürsətdir. 
Xaçatryanın həbsi ətrafında başlanlılan siyasi oyunların şoudan o tərəfə keçmək imkanı yoxdur.

Çünki, Azərbaycan müvafiq dövlət qurumları soydaşlarımıza qarşı soyqırımı və qatı cinayətlər törətmiş erməni cəlladlarının siyahısını çoxdan İnterpola və digər beynəlxalq qurumlara təqdim edib.

Lakin, beynəlxalq aləmin ikili yanaşması 30 ildir ki, 25 min azərbaycanlını qətlə yetirən erməni cəlladlarının sərbəst  gəzməsinə və cəzasız qalmasına imkan verib. 

Amma Azərbaycan dövləti xalqımıza qarşı soyqırımı törətmiş ermənilərin cəzasız qalmasına göz yummaq fikrindən çox-çox uzaqdır. Bu mənada Vaqif Xaçatryanın saxlanılması prinsipial mövqeyin bariz göstəricisidir.
Necə ki, 30 il qlobal güclər Ermənistanın işğalçılıq siyasətinə və Azərbaycanın haqq səsinə biganə qaldı və son nəticədə Azərbaycan dövləti öz sözünü dedi.  Bu gün Azərbaycan tarixi ədalətin bərpası üçün ikinci taktiki planın icrasına başlayır. 

Surxay Atakişiyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin