Ermənistan Vaqif Xaçaturyanın qanuni həbsinə siyasi don geyindirmək istəyir - VİDEO

Hazırda oxunan: Ermənistan Vaqif Xaçaturyanın qanuni həbsinə siyasi don geyindirmək istəyir - VİDEO

148688

Ermənistan Vaqif Xaçaturyanın həbsi ilə barışmaq istəmir. Hazırda bu ölkənin Xarici İşlər Nazirliyi bəyanat yayaraq, ancaq siyasi manipulyasiyalar ilə məşğudur. 

Bizim.Media xəbər verir ki, məqsəd beynəlxalq ictimaiyyətin fikrini yayındırmaq və öhdəliklərdən boyun qaçırmaqdır.

Əlbəttə ki, ölkəmizə qarşı səsləndirilən  iddiaların heç bir əsası yoxdur. Elə bununla bağlı bu gün Azərbaycanın Xarici İşlər Nazirliyi də şərh verib.

Bildirib ki, Vaqif Xaçaturyan əli 25 azərbaycanlının qanına bulaşmış, 14  həmyerlimizin  yaralanmasına, 358 nəfərin öz yurd-yuvasından  didərgin salınmasına səbəb olanlardandır.

Ermənistana tibbi məqsədlərlə gedirdi, ancaq yarı yolda qaldı. Sərhədçilərimiz tərəfindən saxlanıldı. İndi isə  Bakıda  tibb müəssisələrinin birindədir və ona zəruri tibbi yardım göstərilib. Bəli, tərəfimizdən atılan bütün bu addımlar beynəlxalq hüquq və qanunvericilik çərçivəsində həyata keçirilir. Bütün bunlar fonunda  Ermənistan XİN-in yaydığı bəyanat çox absurd görünür.

Ermənistan XİN hələ də iddia edir ki, Laçın sərhəd-buraxılış məntəqəsindən keçən şəxslər təhdid olunur. Tamamilə yalan olan bu fikirlər erməni sakinlər arasında təşviş yaratmaq məqsədi daşıyır.

Ermənistan tərəfinin Vaqif Xaçaturyanı həbs edərkən beynəlxalq humanitar hüququn pozulması barədə səsləndirdiyi iddiaya gəlincə, xatırlatmaq istəyirik ki, beynəlxalq humanitar hüquqda müharibə cinayətkarlarına qarşı müvafiq tədbirlər görülməsinə mane olan heç bir məhdudiyyət yoxdur.

30 ildə Xocalıda, Malıbəylidə, Quşçularda, Ağdabanda, Ballıqayada, Başlıbeldə və digər şəhər və yaşayış məntəqələrində mülki əhaliyə qarşı soyrıqımı və kütləvi qırğınlar törədən Ermənistanın beynəlxalq humanitar hüquqdan danışması yersizdir.

Ermənistan Azərbaycanın bu istiqamətdə həyata keçirdiyi işlər barədə qarayaxma kampaniyası aparması bu ölkənin müharibə cinayətlərini dəstəkləməsindən və bəraət qazandırmasından başqa bir şey deyil.
Azərbaycan tərəfi ölkəmizin ərazisində müharibə və hərbi cinayətlər törətmiş şəxslərin məsuliyyətə cəlb olunması istiqamətində tədbirləri bundan sonra da davam etdirəcək.

Mövzu ilə bağlı daha ətraflı videomaterialda:
 

Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin