“Tuğ kəndinə gəlmişik. Qədim Azərbaycan kəndi Tuğ”.
Bizim.Media xəbər verir ki, bu sözləri Xocavənd rayonunun Tuğ kəndində olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev deyib.
MÖVZU İLƏ BAĞLI:
Prezident Azıx mağarasında - "Ermənilər bura qanunsuz olaraq xaricdən alimlər gətizdirmişdi" - VİDEO
“Ermənilərin dağıtdıqları Tuğ kəndinin məktəbi. Görün nə günə qoyublar. Sonra da deyirdilər ki, Tuğ kəndi erməni kəndidir. Erməni kəndi olsaydı, bunu dağıdardı? Bura qədim Azərbaycan torpağıdır. Tuğ kəndi həmişə Azərbaycan kəndi olub, bundan sonra da olacaq", - deyə dövlət başçısı əlavə edib.
“Tuğ kəndinin sakinləri öz evlərini təbii ki, tanıyırlar. Əminəm ki, yaxın gələcəkdə Tuğ kəndinin sakinləri öz doğma kəndinə qayıdacaqlar.
Görün Azərbaycan necə də gözəldir! Qarabağ necə də gözəldir! Bütün dağılmış kəndləri, şəhərləri bərpa edəcəyik”, - Azərbaycan Prezidenti qeyd edib.
Qeyd edək ki, dövlət başçısının videogörüntüsünü Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva özünün İnstaqram səhifəsində paylaşıb.
Bizim.Media