XİN sözçüsü: Ermənistan rəsmiləri üzr istəmək əvəzinə, qanunsuz hərəkətlərə haqq qazandırırlar

Hazırda oxunan: XİN sözçüsü: Ermənistan rəsmiləri üzr istəmək əvəzinə, qanunsuz hərəkətlərə haqq qazandırırlar

148561

“Ermənistan XİN yenə dezinformasiya yaymaqla məşğuldur. Adı çəkilən 68 yaşlı Vaqif Çerkezoviç Xaçaturyan Meşəli qətliamı ilə bağlı beynəlxalq axtarışda idi”. 

Bizim.Media xəbər verir ki, bunu Xarici İşlər Nazirliyinin sözçüsü Ayxan Hacızadə özünün “Twitter” hesabında Ermənistan XİN sözçüsü Ani Badalyanın yalan informasiyalar səsləndirməsinə cavab olaraq bildirib. 
 

MÖVZU İLƏ BAĞLI:

Xocalıda soyqırım törədən ermənilərdən biri Laçında SAXLANILDI - RƏSMİ


“İstintaq müəyyən edib ki, o, 1991-ci ildə Meşəli kəndinə basqın edərək 25 azərbaycanlını qətlə yetirmiş, 14 nəfəri yaralamış, 358 azərbaycanlını öz yurd-yuvasından didərgin salmış erməni silahlı cinayətkarları sırasındadır. Təəssüf ki, Ermənistan rəsmiləri üzr istəmək və hərbi cinayətkarların məsuliyyətə cəlb edilməsinə kömək etmək əvəzinə, hələ də qanunsuz hərəkətlərə, o cümlədən dövlətdən sui-istifadəyə haqq qazandırmağa çalışırlar”, - deyə A. Hacızadə qeyd edib. 


Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin