Azərbaycanın Qarabağ bölgəsinin erməni əsilli sakinlərinin “Laçın” sərhəd-keçid məntəqəsindən sərbəst keçidi növbəti dəfə təmin edilib.
Bizim.Media xəbər verir ki, BQXK-nın müşayiəti ilə Gorus istiqamətinəə keçən Qarabağ bölgəsinin erməni əsilli sakinlərinə lazımi tibbi yardımın göstərilməsi və onlara məsləhətlərin verilməsi prosesini əks etdirən videogörüntüləri yayılıb.
Xatırladaq ki, iyulun 27-də BQXK-nın 11 əməkdaşı, 12 xəstə, 10 onu müşayiət edən şəxs və 1 tibb bacısının Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq bütün zəruri sərhəd və gömrük prosedurlarına riayət olunmaqla Laçın nəzarət-buraxılış məntəqəsindən keçidi təmin edilmişdi.
Bizim.Media