Azərbaycanla Türkiyə arasında dini-mənəvi əlaqələrin inkişafı müzakirə edilib

Hazırda oxunan: Azərbaycanla Türkiyə arasında dini-mənəvi əlaqələrin inkişafı müzakirə edilib

148455

Azərbaycanla Türkiyə arasında dini-mənəvi əlaqələrin inkişafı müzakirə edilib. 

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən Bizim.Media-ya verilən məlumata görə, DQİDK sədri Mübariz Qurbanlı iyulun 28-də Türkiyənin Diyanət İşləri İdarəsinin sədr müavini Səlim Argun ilə görüşüb. 

Bütün sahələrdə yüksək səviyyəli əməkdaşlıq əsasında qurulan Azərbaycan-Türkiyə əlaqələrinə diqqət çəkən Komitə sədri iki qardaş ölkə arasında doğma münasibətlərin bütün müstəvilərdə özünü doğrultduğunu bildirib. 

Daha sonra Dövlət Komitəsinin sədri nümunəvi dövlət-din münasibətləri, Konstitusiyada təsbit edilmiş vicdan azadlığı, Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə mövcud olan tolerantlıq mühiti, ayrı-ayrı dinlər və konfessiyalar arasında qarşılıqlı hörmət və etimada əsaslanan əməkdaşlıq haqqında, eləcə də bu münasibətlərin tənzimlənməsi sahəsində fəaliyyət göstərən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, həmçinin, din sahəsində kadrların hazırlanması və Azərbaycan İlahiyyat İnstitutunun bu yöndə fəaliyyəti barədə məlumat verib.

Ölkəmizə səfər etməsindən məmnunluğunu ifadə edən Türkiyənin Diyanət İşləri İdarəsinin sədr müavini Səlim Argun iki ölkə arasında dini-mənəvi əlaqələrin uğurla inkişaf etdiyini vurğulayıb.

Bu münasibətlərin daha da intensivləşdirilməsində Dövlət Komitəsi və Diyanət İşləri İdarəsinin birgə fəaliyyət göstərməsinin zəruriliyini qeyd edib. 

Türkiyənin Azərbaycandakı səfirliyinin dini işlər üzrə müşaviri İhsan Açıkın da iştirak etdiyi görüşdə, həmçinin 44 günlük Vətən Müharibəsi zamanı qardaş Türkiyənin güclü siyasi və mənəvi dəstəyi, işğaldan azad olunmuş ərazilərimizin bərpası xüsusi olaraq vurğulanıb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin