“Ermənistan tərəfi həqiqətən Azərbaycan ərazi bütövlüyünü dəstəkləyirsə, “Ağdam-Xankəndi” yolundan yüklərin daşınmasına etiraz etməməli və reinteqrasiya prosesinə maneçilik törətməməlidir”.
Bizim.Media xəbər verir ki, bu barədə xarici işlər nazirinin müavini Araz Əzimov ölkəmizdə akkreditə olunmuş diplomatik korpus üçün keçirilən brifinqdə bildirib.
MÖVZU İLƏ BAĞLI:
XİN Laçın yolu ilə bağlı brifinq KEÇİRDİ - FOTO
Bu xüsusda, beynəlxalq ictimaiyyətin məsuliyyətinin vacibliyini qeyd edən nazir müavini, Ermənistan tərəfinin manipulyasiyalarına aldanıb bəyanatlar verməzdən öncə, sözügedən bəyanatların nəyə xidmət edəcəyinin düşünülməli olduğunu, habelə suverenlik və ərazi bütövlüyümüzə zidd addımlardan, o cümlədən yanlış terminologiyadan çəkinilməsinin vacibliyini vurğulayıb.
Bizim.Media