“Laçın yolu Azərbaycanın suveren ərazisinin tərkib hissəsidir” - Araz Əzimov 

Hazırda oxunan: “Laçın yolu Azərbaycanın suveren ərazisinin tərkib hissəsidir” - Araz Əzimov 

148252

Laçın yolu Azərbaycanın suveren ərazisinin tərkib hissəsidir. 

Bizim.Media xəbər verir ki, bu barədə xarici işlər nazirinin müavini Araz Əzimov ölkəmizdə akkreditə olunmuş diplomatik korpus üçün keçirilən brifinqdə bildirib. 
 

MÖVZU İLƏ BAĞLI:

XİN Laçın yolu ilə bağlı brifinq KEÇİRDİ - FOTO


O, bu xüsusda, Azərbaycanın öz ərazisində, öz vətəndaşlarının istifadəsi üçün sərhəd-keçid məntəqəsi təsis etdiyini bildirib. 

Beynəlxalq Ədalət Məhkəməsinin son qərarında da bu hüququn təsbit olunduğu diqqətə çatdırılıb.

Bunu həzm edə bilməyən Ermənistan tərəfindən isə Azərbaycan sərhədçisinə atəş açıldığı, dövlət bayrağımıza qarşı təxribat törədildiyi, Laçın yolundan sui-istifadə hallarının davam etdirildiyi vurğulanaraq, Laçın yolundan istifadəyə məhdudiyyət törədən tərəfin Ermənistan olduğu diqqətə çatdırılıb. 
Azərbaycan tərəfindən tibbi məqsədlər ilə əlaqədar yoldan erməni sakinlərin istifadəsi üçün şərait yaradıldığı, daha çox məhsulların tədarükü üçün isə onların cəmiyyətimizə reinteqrasiyasına töhfə verə biləcək “Ağdam-Xankəndi” yolundan istifadənin təklif olunduğunu diqqətə çatdırıb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin