İrəvan sakini “Az TV”yə DANIŞDI – “Ermənistanda sülh istəyənlər hücuma məruz qalır” – VİDEO  

Hazırda oxunan: İrəvan sakini “Az TV”yə DANIŞDI – “Ermənistanda sülh istəyənlər hücuma məruz qalır” – VİDEO  

148232

“Mən bəzi bəyanatlar eşidirəm ki, Azərbaycan soyqırımı törətməyə hazırlaşır. Lakin əminəm ki, soyqırımı törətmək istəyən tərəf 10 noyabr bəyanatına imza atmazdı”. 

Bizim.Media xəbər verir ki, bu fikirləri İrəvanda yaşayan Ermənistan vətəndaşı “Az TV”yə açıqlamasında səsləndirib. 

O, Ermənistanda sülhlə bağlı danışanların təqibə və hücumlara məruz qaldığını qeyd edib: 

“Nifrət söz azadlığı deyil. Ermənistanda nifrət cəzalandırılmır. Prokurorluq orqanları hələ də daşnaklara xidmət edirlər. Biz 2021-ci ildə keçmiş “Qarabağ klanı”nı seçməməklə sülh istədiyimizi bəyan etdik. Başqa seçimiz də yox idi. Ya Paşinyanı, ya da keçmiş cinayətkarları, oğruları, daşnakları seçməli idik. Biz də Paşinyanı seçdik”. 

Ermənistan vətəndaşı bu seçimlərinin də onlara heç bir fayda gətirmədiyini bildirib. 

Daha ətraflı videoda: 
 

Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin