“Azərbaycan Qarabağda hərbi əməliyyata başlaya bilər” – Gela Vasadze

Hazırda oxunan: “Azərbaycan Qarabağda hərbi əməliyyata başlaya bilər” – Gela Vasadze

148208

“Tamamilə aydındır ki, Laçın yolu ilə bağlı məsələ siyasidir. Qarabağdakı “hakimiyyət” (qondarma rejim) status-kvonu saxlamaq istəyir”. 

Bu fikirləri Bizim.Media-ya açıqlamasında gürcü siyasi təhlilçi Gela Vasadze deyib. 
 

MÖVZU İLƏ BAĞLI:

Ermənistan tırları Laçından maneəsiz keçid edə bilməzlər – HÜQUQİ İZAH


Gürcü analitik ermənilərin Laçın yolundan istifadə etməklə guya humanitar məqsədlərlə Xankəndiyə yardım aparmaq təxribatını şərh edib:

“Azərbaycanın təqdim etdiyi alternativ yoldan istifadə edilməməsi bunun Ermənistanın siyasi maraqlarına uyğun olmaması ilə bağlıdır. Aydındır ki, tədarük Ağdam yolu ilə gedirsə, bu, onlar üçün uğurlu xətt olmayacaq. Deyə bilərəm ki, Qarabağda müharibə bitməyib, davam edir. 
Döyüş əməliyyatlarının yeni genişmiqyaslı eskalasiyasına gəlincə, bunun ehtimalı azdır. Yəqin ki, mübarizə diplomatik və informasiya cəbhələrində gərginləşəcək. Dəqiq hədəflərə yönəlmiş hərbi əməliyyat ehtimalı var. Düşünürəm ki, bundan artığı ola bilməz”, - deyə G.Vasadze əlavə edib.

Tehran Orucoğlu, Bizim.Media 
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin