İyulun 27-də Xankəndi-Gorus istiqamətində Beynəlxalq Qızıl Xaç Komitəsinə
(BQXK) məxsus 7 nəqliyyat vasitəsi və 34 nəfər Laçın nəzarət buraxılış məntəqəsindən sərbəst keçiblər.
Bizim.Media xəbər verir ki, bu barədə teleqram kanallarında görüntülər yayılıb.
11 BQXK üzvü, 12 erməni xəstə, 10 müşahidəçi və 1 tibb bacısı məntəqədən keçib. 12 xəstə azərbaycanlı həkimlər tərəfindən müayinə olunub.
Bizim.Media