Sisianov Gəncədəki itləri niyə qırdırdı? – Mistik hadisənin TƏFƏRRÜATLARI 

Hazırda oxunan: Sisianov Gəncədəki itləri niyə qırdırdı? – Mistik hadisənin TƏFƏRRÜATLARI 

14815

Gürcü əsilli (əslində erməni) rus generalı, Rusiyanın Qafqazdakı qoşunlarının baş komandanı Pavel Sisianov. Onun necə qəddar biri və Azərbaycana qarşı amansız müharibə aparmağı haqqında demək olar ki, hər kəsə məlumdur. Sisianov Rusiya İmperiyasının Qafqazda işğal siyasətini həyata keçirən general idi.

Bizim.Media xəbər verir ki, onun ölümü ilə bağlı maraqlı faktı “Cavad Xan” Tarix və Mədəniyyət fondunun vitse-prezidenti Müzadil Həsənov Facebook səhifəsində yazıb.

 

MÖVZU İLƏ BAĞLI:

Tarixdə iz buraxanlar - Gəncə xanı Cavad xan 


“Qəddar generalın Bakının mərkəzində Qoşa Qala qapısı yanında qətlə yetirmədən əvvəl onun ölümüylə bağlı maraqlı bir epizodu onun silahdaşı, sonralar general olmuş poruçik Ladınskiy öz xatirələrində qeyd edib.

O, Sisianovun ölümündən bir az əvvəl baş vermiş və özünün də canlı şahidi olduğu mistik bir hadisə haqda belə yazırdı:
 

"Knyaz Sisianov Bakı üzərinə yürüş etməyə hazırlaşdığı vaxt bir müddət Yelizavetpolda qalmalı oldu. 


Orda İç Qalada qaldığı müddət hər gecə yatdığı otağın damına bir it cıxır və ürəksıxıcı tərzdə ulamağa başlayırdı. Bu iti öldürdülər, lakin hər öldürülən itin yerinə başqaları gəlirdi və bu hadisə hər gün beləcə eyni qaydada təkrarlanırdı.

Bu tükürpədici, qorxunc ulaşma  knyazı gecələr vahiməyə salır və xəstə edərək rahatlaşmağa qoymurdu. Sonunda, vahimələnmiş Sisianov Yelizavetpolda olan bütün itləri öldürməyi sərt şəkildə əmr etdi. İtləri qırdılar, lakin bu mistik hadisənin qara gözləntiləri, əfsuslar olsun ki, gerçəkləşdi..."

Bu hadisədən sonra, Sisianov öz acı sonluğunu, ölümünü yaxınlaşdığını qabaqcadan qəbul edirmiş kimi, dostu Vasiliy Zinovyevə belə məzmunlu bir məktub yazır:
 

"İmperator həzrətləri mənə qarşı çox rəhmlidir və məni lap yaxın zamanda buralardan öz yanına aparmağa söz verib... Dostum, mənim buralardan sağ-salamat çıxmağım üçün dua et, xahiş edirəm!


Mən sənə bu məmləkətdən Zahid-xan adlı, hündür boylu, gözəl yerişli möhtəşəm bir cins at çıxardacağam, onu sənə vəsiyət edirəm, burda ölsəm də, öldürülsəm də..."

Qeyd edək ki, 15 yanvar 1804-cü ildə Gəncə Qalasına hücum edərək onu işğal edir və bu döyüşdə Cavad xan şəhid olur.

Daha sonra o 1806 - cı ildə Bakı xanlığını mühasirəyə alır. Bakı xanı Hüseynqulu xan Bakının açarlarını təhvil verməsi adı ilə və danışıqların aparılması üçün onu Qoşa Qala qapısın yanına dəvət edir.

8 fevral 1806-cı ildə general Pavel Sisianov  burada Hüseynqulu xanın qardaşı oğlu Aslan bəy (başqa versiyaya görə xanın xalası oğlu İbrahim bәy) və silahdaşları tərəfindən öldürülür. 

Vüsalə Balayeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin