“Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti tərəfindən məlumat verildiyi kimi, Ermənistan tərəfindən nəqliyyat vasitələrini cəmləməklə Laçın dövlət sərhədindən keçid məntəqəsində siyasi manipulyasiya və propaqanda məqsədilə təxribata cəhd göstərilir”.
Bizim.Media xəbər verir ki, bu sözləri Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov deyib.
E.Hüseynov qeyd edib ki, müxtəlif səviyyələrdə Azərbaycan Respublikası tərəfindən bəyan edilib ki, Rusiya sülhməramlıların müvəqqəti yerləşdiyi ərazilərə malların daşınması üçün Ağdam-Xankəndi yolu istifadə oluna bilər:
“Yolun texniki və təbii göstəriciləri, xüsusilə işğaldan sonra yenidən qurulmaqda olan Bərdə-Ağdam yolu malların daha sürətli və səmərəli şəkildə çatdırılmasına imkan yaratdığı halda, özünü qondarma rejimin təmsilçiləri adlandıran şəxslərin bu yoldan istifadədən imtina etmələri tamamilə başadüşülən deyil.
Burada məqsəd siyasi şou və siyasi möhtəkirlikdən başqa bir şey deyil.
Bir daha bildiririk ki, Ağdam-Xankəndi yolu malların daşınması üçün açıqdır”.
Bizim.Media
- A-
- A
- A+
Siyasət
19:45 / 26.07.2023
Prezidentin xüsusi nümayəndəsi: “Separatçıların təklif edilən yoldan imtinası şoudur”
Hazırda oxunan: Prezidentin xüsusi nümayəndəsi: “Separatçıların təklif edilən yoldan imtinası şoudur”
Hazırda oxunan: Prezidentin xüsusi nümayəndəsi: “Separatçıların təklif edilən yoldan imtinası şoudur”
148113
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.