Azərbaycanla Nigeriya arasında hərbi-texniki sahədə əməkdaşlıq müzakirə edilib - FOTO 

Hazırda oxunan: Azərbaycanla Nigeriya arasında hərbi-texniki sahədə əməkdaşlıq müzakirə edilib - FOTO 

148102

Azərbaycanla Nigeriya arasında hərbi-texniki sahədə əməkdaşlıq müzakirə edilib. 

Bu barədə Bizim.Media-ya Müdafiə Sənayesi Nazirliyindən məlumat verilib. 

Bildirilib ki, Türkiyənin İstanbul şəhərində keçirilən “IDEF-2023” Beynəlxalq Müdafiə Sənayesi Sərgisinin ikinci günündə müdafiə sənayesi nazirinin müavini Vüqar Mustafayev Nigeriyanın müdafiə naziri İbrahim Abubakar Kana ilə görüşüb.
Görüşdə iki ölkə arasında hərbi-texniki sahədə əlaqələrin cari vəziyyəti və gələcək əməkdaşlıq perspektivləri müzakirə edilib. 

Daha sonra “Baykar” şirkətinin texniki direktoru Selçuk Bayraktar və Türkiyə Respublikası Müdafiə Sənayesi İdarəsinin sədri Haluk Görgün Müdafiə Sənayesi Nazirliyinin stendini ziyarət ediblər.

Stend ziyarəti zamanı nazir müavini Vüqar Mustafayev və müdafiə nazirinin müavini - Hərbi-Texniki Təchizat Baş İdarəsinin rəisi Aqil Qurbanov qonaqlarla görüşüblər. 

Görüşdə mövcud əməkdaşlığın inkişafı və maraq doğuran digər məsələlər barəsində fikir mübadiləsi aparılıb. 

Sonda Selçuk Bayraktara hədiyyə təqdim edilib. 


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin