XİN: Ağdam-Xankəndi yolunu istifadədən erməni tərəfinin imtinası təəssüf doğurur

Hazırda oxunan: XİN: Ağdam-Xankəndi yolunu istifadədən erməni tərəfinin imtinası təəssüf doğurur

147944

Daha böyük miqdarda dərman preparatları və yüklərin daşınması, tədarükü üçün Azərbaycan tərəfindən Ağdam-Xankəndi yolundan istifadə etməklə yardım təklif olunub. Lakin buna baxmayaraq, təəssüflər olsun ki, erməni tərəfi təkidlə bu yoldan imtina edir. 

Bizim.Media xəbər verir ki, bu fikirlər Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) bölgədə humanitar vəziyyətlə bağlı iyulun 25-də səsləndirdiyi bəyanatına dair şərhində əksini tapıb. 
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycan və Rusiya XİN rəhbərləri GÖRÜŞDÜ - FOTO


Bildirilib ki, erməni sakinlərin tibbi məqsədlər üçün Laçın sərhəd-buraxılış məntəqəsindən BQXK vasitəsilə keçidinin daha da asanlaşdırılması məqsədilə Komitənin həkiminin əraziyə getməsi ilə bağlı razılıq əldə olunmasına baxmayaraq, yerində bundan imtina olunması təəssüf doğurur. 

“Erməni tərəfinin Azərbaycan tərəfindən atılan addımlara və dəstək niyyətinə, o cümlədən BQXK tərəfindən sözügedən bəyanatda da qeyd edildiyi kimi, Ağdam-Xankəndi və digər alternativ yollardan istifadə edilməsi təkliflərinə qarşı çıxması bölgədə “gərgin humanitar vəziyyət” iddialarının siyasi manipulyasiya və təzyiq vasitəsi olduğunu bir daha sübut edir”, - deyə Xarici İşlər Nazirliyinin şərhində bildirilib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin