Prezident: “Fransa hələ də insan hüquqları haqqında danışır? Bu, siyasi riyakarlıqdır”

Hazırda oxunan: Prezident: “Fransa hələ də insan hüquqları haqqında danışır? Bu, siyasi riyakarlıqdır”

147771

“O ölkə ki, Korsika dilinə qadağa qoyur, Korsikada öz müqəddəratını təyin etmək hərəkatını qəddarcasına boğur, Qarabağda ermənilərin “öz müqəddəratını təyin etmələrini” təşviq edir. Bu, necə ola bilər?” 

Bizim.Media xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev Çinin “China Media Group” media korporasiyasına müsahibəsində deyib. 
 

MÖVZU İLƏ BAĞLI:

Prezidentin Çin mətbuatına MÜSAHİBƏSİ


“Müharibə zamanı siyasi təcavüz bütün sərhədləri aşanda, dedim ki, əgər onlar “Dağlıq Qarabağ respublikasını” haradasa qurmaq istəsələr, qoy öz ərazisində qursunlar.

Məsələn, çoxlu erməninin yaşadığı Marsel şəhərinin ətrafında qurub, “Dağlıq Qarabağ respublikasını” orada elan etsinlər, biz də tanıyaq. Bu ölkə hələ də öz müstəmləkəçilik siyasətini davam etdirir. Baxın Mayot adasına, Fransanın müstəmləkəsi. Yeni Kaledoniya, Fransanın müstəmləkəsi. Onlar hələ də insan hüquqları haqqında danışır!? Bu, siyasi riyakarlıqdır”, – deyə Azərbaycan Prezidenti bildirib. 

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin