"Qarabağ müharibəsində Azərbaycan Rusiyaya jest elədi” – O xilaskar obrazında qaldı

Hazırda oxunan: "Qarabağ müharibəsində Azərbaycan Rusiyaya jest elədi” – O xilaskar obrazında qaldı

14765

"44 günlük savaş ərzində Azərbaycan Ermənistana atəş açsaydı və Rusiya KTMT (Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı) öhdəliklərinə görə Azərbaycanla açıq müharibəyə girsəydi, Türkiyə ilə savaş qaçılmaz idi".

Bizim.Media xəbər verir ki, bunu Rusiyalı siyasətçi Maksim Şevçenko canlı yayımların birində deyib.
 

MÖVZU İLƏ BAĞLI:

Şevçenko II Qarabağ müharibəsinin sirlərini açdı: "Hər şey Kəlbəcərdən başladı”


"Zatulin də demişdi ki, Ermənistana qoşun göndərmək üçün Rusiya Gürcüstan üzərindən iki briqada keçirtməlidir. Və belə planlar var idi, hətta Tbilisiyə ultimatım da ünvanlana bilərdi.

Çünki Rusiya-Gürcüstan razılaşmalarının birində lazım gələrsə Kreml Gürcüstan ərazisindən Ermənistana koridor tələb edə bilər. Bu razılaşmanı Saakaşvili də ləğv etməyib.

Belə ehtimal var idi, ancaq Putin ikinci variantı seçərək savaşı öz axarına buraxdı. Rusiya final prosesində iştirak etmək istədi.

Ona qalsa Prezident İlham Əliyev istəsə idi, savaşın gedişatında Azərbaycan Laçını geri qaytara bilərdi. Sadəcə, İlham Əliyev Rusiya üçün “erməni xalqının xilaskarı” kartını saxladı. Çünki Azərbaycan Laçını qaytarsaydı humanitar fəlakət yaranacaqdı.

Dağlıq Qarabağda mühasirəyə düşmüş 20-30 min erməni tələf (soyuqdan, aclıqdan) olacaqdı. Buna görə daha sivil həll yolu seçildi"

Şevçenko Prezident İlham Əliyevdən sitat gətirərək Ermənistanın uduzmağını Paşinyanın yox, Köçəryan və Sarqsyanın məğlubiyyəti adlandırıb.

Anar Rəhimov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin