“Euronews”ün müxbiri “Laçın” məntəqəsində ermənilərin keçidindən yazdı - FOTO

Hazırda oxunan: “Euronews”ün müxbiri “Laçın” məntəqəsində ermənilərin keçidindən yazdı - FOTO

147604

“Euronews” telekanalının tanınmış jurnalisti Anelise Borxes Azərbaycan-Ermənistan sərhədində, Həkəri çayının üzərindəki körpüdə yerləşən “Laçın” sərhəd-buraxılış məntəqəsində olub və orada erməni əsilli vətəndaşların Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) müşayiəti ilə sərhədi keçdiyini öz gözü ilə görüb.

Bizim.Media xəbər verir ki, o, səfər təəssüratlarını Twitter səhifəsində paylaşıb.

“Laçın yolu, 22 iyul. Hazırda buradan “Qırmızı Xaç”ın (Beynəlxalq Qızıl Xaç Komitəsi) maşınları keçir. Bu, Ermənistan və Azərbaycan arasında münaqişədən qalan ən mübahisəli hissələrdən biridir”, - deyə jurnalist yazıb.
Bu nəşrdən sonra sosial şəbəkənin erməni istifadəçiləri jurnalistə ittihamlar səsləndiriblər.

 



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin