Ukraynada Azərbaycanın dövlət qurumlarının serverlərinə hücum edən xaker SAXLANILDI - FOTO

Hazırda oxunan: Ukraynada Azərbaycanın dövlət qurumlarının serverlərinə hücum edən xaker SAXLANILDI - FOTO

147553

Ukraynanın Çerkassı vilayətində Azərbaycanın dövlət qurumlarının serverlərinə hücum edən xaker saxlanılıb. 

Bizim.Media xəbər verir ki, bu barədə AZƏRTAC-a Ukrayna Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. 

“Çerkassı vilayətinin kiberpolis əməkdaşları Azərbaycan Respublikasının dövlət qurumlarının serverlərinə DDoS hücumları həyata keçirən hücumçunu ifşa ediblər”, - deyə Daxili İşlər Nazirliyindən bildirilib. 

Məlumata görə, xaker beynəlxalq hüquqi yardım tələbi çərçivəsində ifşa olunub. 

Çerkassı xakerinin hücumları ölkə əhəmiyyətli obyektin infrastrukturunun kompüter sisteminin işinə qəsdən mane olmağa səbəb olub. 

“Axtarış zamanı hüquq-mühafizə orqanlarının əməkdaşları 40 yaşlı şübhəli şəxsdən kompüter və şəbəkə avadanlıqları, rəqəmsal disklər və mobil telefonlar götürüblər”, - deyə nazirliyin məlumatında qeyd edilib. 
Hazırda yoxlama davam edir, şübhəlinin qanunsuz fəaliyyətinin digər epizodları müəyyən olunur. 






Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin